Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri ilə və Gürcüntanla müqayisədə az olub.
Dövlət Turizm Agentliyinin hesabatına görə, Azərbaycan hotellərində orta qiymət yanvarda 87,5 manat (ötən ilin eyni dövrünə nisbətən 7,3 % çox), fevralda 102,6 manat (29,3 % çox), martda 134,3 manat (43,3 % çox), apreldə 131,7 manat (37,7 % çox), mayda 131,75 manat (dinamika elan edilməyib), iyunda 138,75 manat (4,5 % az), iyulda 136,75 manat (8,4 % az), avqustda 118 manat (48,5 % az), sentyabrda 126,8 manat ( -1,2 %), oktyabrda isə 140,9 manat (+9,8 %) təşkil edib.
İstanbulda orta qiymət yanvarda 159,5 manat (2,8 % az), fevralda 130,6 manat (14,5 % çox), martda 138,2 manat (15,7 % az), apreldə 180,8 manat (0,5 % çox), mayda 193,2 manat (dinamika elan edilməyib), iyunda 167,2 manat (18,6 % az), iyulda 160,2 manat, avqustda 164,2 manat (10,3 % az), sentyabrda 163 manat (- 6,9 %), oktyabrda isə 176,2 manat ( - 11,9 %) olub.
Gürcüstanda isə orta qiymət yanvarda 159 manat (34,7 % çox), fevralda 126 manat (21,5 % çox), martda 111 manat (0,1 % az), apreldə 141 manat (9,2 % az), mayda 132,2 manat (ötən ilin may aylarının göstəriciləri açıqlanmayıb), iyunda 121,4 manat (46,7 % az), iyulda 120,4 manat (50 % az), avqustda 134 manat (26,2 % az), sentyabrda 131,7 manat (- 10,8 %), oktyabrda isə 146 manat (+ 4,1 %) təşkil edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















