1 evin təmirinə 100 min manat çatmır
"Xınalıq və Köç Yolu" qoruğunun təmir-bərpa xərcləri 50 % artıb"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun təmir-bərpası ilə bağlı işlərin dəyəri 50 % artımla 6,6 milyon manatdır.
Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verib.
"Əvvəlcə 44 evin təmiri üçün 4,4 milyon manat ayrılmışdı. Bir evin təmiri üçün ƏDV daxil olmaqla 100 min manat nəzərdə tutulurdu. Lakin söküntü zamanı daha çox dağıntıya yol verilir. Dağıntıların bir hissəsi bir yerdən başqa yerə daşınır. Digər bir problem taxta konstruksiyalarla bağlıdır. Bakıdakı evlərdə olduğu kimi kəsilmiş halda deyil, bütöv bruslar və ya meşə materialları tələb olunur. Bu materialları tapmaq çətindir və Rusiyadan gətirilir. Bu da əlavə xərc yaradır. Başqa bir çətinlik isə logistikadır. Məsələn, Qubada 20 manata alınan bir kub atsep və yaxud çınqıl Xınalığa 95-105 manata çatdırılır", - deyə o qeyd edib.
2020-ci ildən etibarən Quba rayonunun Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























