Fed sədri çıxış etdi, Dollar ucuzlaşdı
Fed sədri Janet Yellen "Maliyyə siyasətində dəyişikliklər mülayim olmalıdır" deyib.
ABŞ Mərkəzi Bankının sədri Janet Yellen ABŞ-ın Vayominq əyalətindəki Jackson Hole-da keçirilən mərkəzi bankların konfransında çıxış edib. Yellen çıxışında pul siyasətinə və ya iqtisadiyyatdakı vəziyyətə toxunmayıb.
Yellen böhran sonrasında maliyyə islahatlarının "mülayim olması" lazım olduğunu dilə gətirib.
Yeni bir böhranın olub olmayacağına heç vaxt əmin olmayacaqlarını bildirən Yellen "Ancaq son böhrandan çıxarılan dərsləri nəzərə alsaq, maliyyə sistemimiz və iqtisadiyyatın daha az böhranlarla qarşı-qarşıya qalacağına ümid bəsləyə bilərik" deyib.
Böhrandan sonra tənzimləmələrin maliyyə sisteminin çevikliyini artırdığını bildirən Yellen, Fed-in maliyyə böhranından sonra gördüyü tədbirlərin sistemi daha etibarlı hala gətirdiyini söyləyib. Ancaq risklərin hələ də davam etdiyi barədə də xəbərdarlıq edib.
Yellen iqtisadiyyatdakı vəziyyət və pul siyasəti barədə bir kəlmə də deməyib. Halbuki, bazarlar Fed sədrindən faizin artırlması tarixinə dair açıqlamalar gözləyirdilər.
Bazarlar ABŞ Mərkəz Bankının Sentyabr ayında balansın azaldılmasına başlayacağını və faiz artırmaq üçün Dekabr ayına qədər gözləyəcəyini nəzərdə tutur.
Janet Yellenin çıxışının ardından dollar mühüm valyutalar qarşısında kəskin ucuzlaşıb. Avro/dollar məzənnəsi 1.1880 səviyyəsinə qalxıb. Dollar Avro qarşısında 0,7% ucuzlaşıb.
Dollar/Türk lirəsi məzənnəsi 3.45 ilə ilin ən aşağı səviyyəsinə düşüb (Lirə bahalaşıb).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)




.jpg)






