Çindəki yavaşlama BMW-nin satışlarına mənfi təsir göstərir
Almaniyanın avtomobil istehsalçısı BMW Group-un cəmi satışı üçüncü rübdə Çindəki iqtisadi yavaşlama və əyləc sistemindəki problemlər səbəbindən 13 faiz azalıb.Çinin iqtisadi artımındakı yavaşlama Almaniyanın avtomobil istehsalçısı BMW-nin satışlarına mənfi təsir göstərir.
"BMW Group" 2024-cü ilin üçüncü rübü üzrə satış rəqəmlərini açıqlayıb.
Marja.az xəbər verir ki, BMW Qrupunun avtomobil satışları 2024-cü ilin iyul-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq 540 min 882 ədədə düşüb.
Eyni dövrdə Qrupun ana markası BMW üzrə avtomobil satışları 11,4 faiz azalaraq 487 min 62 ədəd təşkil edib.
Almaniya istehsalçının eyni rübdə elektrikli vasitə (elektromobil) satışları keçən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq 140 min 65-ə çatıb.
Şirkətin ən böyük bazarı olan Çində (Mini markası da daxil olmaqla) avtomobil satışları üçüncü rübdə 29,8 faiz azalaraq 147 min 691-ə düşməsi diqqət çəkib.
Digər tərəfdən BMW Qrupunun 2024-cü ilin yanvar-sentyabr dövründə cəmi satışı keçən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz azalaraq 1 milyon 754 min 158 ədədə düşüb.
Münhendə yerləşən avtomobil istehsalçısı BMW Group sentyabrın 10-da əyləc sistemindəki problemlərə görə 1,5 milyon avtomobili geri çağıracağını açıqlayıb.
Həmçinin BMW, bu il üçün satış proqnozlarını aşağı salıb. Şirkət satışlarına Çindəki tələbin durğunluğunun mənfi təsir etdiyini və istehlakçı tələbinin zəif olaraq qaldığını bildirib.
Çindəki iqtisadi yavaşlama Almaniyanın digər lüks avtomobil istehsalçısı Mercedes-Benz-in satışlarına da mənfi təsir göstərir. Bu, Mercedes-Benz-in bu il ikinci dəfə sentyabr ayı gəlir proqnozunu azaltmasına səbəb olub.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 15 d. əvvəl
-
16 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub

























