Azərbaycanın dəyəri 81 milyon dollar olan peykinin sığortalanması üçün şirkət seçilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 81 milyon ABŞ dolları olan “Azerspace-2” telekommunikasiya peykinin sığortalanması üçün elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.
Qalib şirkətə 1 miylon 581 min manat ödəniləcək. Sığorta müqaviləsi gələn il sentyabrın 25-nə qədər qüvvədə olacaq.
Xatırladaq ki, "Azerspace-2” peyki 2018-ci ildə yerətrafı orbitə buraxılıb. Onun istismar müddəti 15 ildir.
“Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Avropa, Orta və Cənubi Asiyanı, Yaxın Şərqi və Sub Sahara Afrikanı əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
46 d. əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 49 d. əvvəl
-
54 d. əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
58 d. əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
8 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb























.jpg)

