Qızılın qiymətində yeni rekord proqnozu - 10 FAİZ DƏ BAHALAŞACAĞI GÖZLƏNİLİR
Qızıl sənayesini təmsil edən London Külçə Bazarı Assosiasiyasının üzvləri qarşıdakı bir il ərzində qızılın 10 faiz bahalaşaraq yeni rekord səviyyələrə qalxacağını proqnozlaşdırırlar.Qlobal birjalarda qızıl bahalaşır.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 12:10-da qızılın unsiyası 0,5% bahalaşma ilə 2676 dollardan ticarət olunub.
ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcəsini azaldacağı nikbinliyi ilə qızıl bu il 30 faiz bahalaşıb.
Həmçinin qiymətli metal, Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr fonunda mərkəzi bankların güclü alışları və "təhlükəsiz liman" tələbi ilə dədəstəklənib.
Külçə sənayesi nümayəndələri arasında aparılan sorğuya görə, qızılın qiymətinin gələn il rekord səviyyələrə qalxacağı gözlənilir.
Mayamidə keçirilən London Külçə Bazarı Assosiasiyasının tədbirində iştirak edən nümayəndələr qızılın qiymətinin gələn ilin oktyabr ayının sonuna kimi hazırkı səviyyələrdən təxminən 10% yuxarı, bir unsiya üçün 2917,40 dollara yüksələcəyini gözləyirlər.
Qızıl 2024-cü ilin ən güclü aktivlərindən biridir.
Qızılın qiyməti sonuncu dəfə keçən ay 2685 dolları keçərək rekord yeniləyib.
İnvestorların diqqəti ABŞ-da bir neçə həftədən sonra keçiriləcək prezident seçkilərinə də yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























