AZAL Bakı-Pekin-Bakı reyslərinin sayını artıracaq
2025-ci ildən etibarən AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşların tezliyini həftədə 3 dəfəyə çatdırmağı planlaşdırır.“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao arasında görüş keçirilib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Marja-ya verilən məlumata görə, görüş çərçivəsində Azərbaycan və Çin arasında aviadaşımaların inkişafı müzakirə edilib, həmçinin iki ölkə arasında sərnişin axınının artmasının müsbət dinamikası vurğulanıb.
Tədbirdə qeyd olunub ki, hazırda AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirir. Bununla yanaşı, 2025-ci ildən etibarən bu marşrut üzrə uçuşların tezliyinin həftədə üç dəfəyə çatdırılması planlaşdırılır ki, bu da sözügedən istiqamətdə artan tələbatın ödənməsinə zəmin yaradacaq.
Bundan əlavə, tərəflər AZAL-ın Çinə uçuş coğrafiyasının daha da genişləndirilməsi perspektivlərini, həmçinin Quançjou və Şanxay kimi böyük şəhərlərə aviareyslərin açılması imkanlarını müzakirə ediblər. Bu, həm ölkələr arasında əməkdaşlığı gücləndirəcək, həm də sərnişinlər üçün əlavə imkanlar açacaq.
Bakının Çin və Avropa arasında mühüm tranzit mərkəzi kimi roluna xüsusi diqqət yetirilib. Aviadaşımaların inkişafı həm turist axınının artmasına, həm də Azərbaycanın beynəlxalq sərnişin və yük daşımalarında tranzit rolunun gücləndirilməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























