Bu il Azərbaycana səfər edən əcnəbilərin sayı açıqlandı - 29 FAZİDƏN ÇOX ARTIB
Azərbaycana Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Çindən - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 1,5 dəfə artıb.Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1 milyon 983,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 28,4 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,1 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail və Türkmənistan, 1,1 faizi Oman, 1,0 faizi Belarus, 11,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Çindən - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 1,5 dəfə, İordaniyadan - 41,3 faiz, İrandan - 38,4 faiz, İtaliyadan - 36,2 faiz, Polşadan - 35,7 faiz, Türkmənistandan - 30,2 faiz, Səudiyyə Ərəbistanından - 28,1 faiz, Yəməndən - 25,3 faiz, ABŞ-dan - 21,8 faiz, Almaniyadan - 21,6 faiz, Özbəkistandan - 20,8 faiz, Misirdən - 20,1 faiz, Rusiya Federasiyasından - 18,4 faiz, Ukraynadan - 18,2 faiz, Türkiyədən - 17,2 faiz, Fransadan - 17,0 faiz, Küveytdən - 16,4 faiz, Moldovadan - 12,3 faiz, Tacikistandan - 11,2 faiz, Gürcüstandan - 10,6 faiz, Böyük Britaniyadan - 10,0 faiz, Bəhreyndən - 10,0 faiz artmışdır.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,2 faiz artaraq 81,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 337,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,6 faiz artaraq 748,5 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,8 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,9 faiz artaraq 1 milyon 647,1 min nəfər olmuşdur.
İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 15,2 faiz, Gürcüstana gedənlərin sayı 14,3 faiz, Türkiyəyə gedənlərin sayı 12,2 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 42,1 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil etmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,0 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















