AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə daha geniş səyahət imkanları təqdim etmək məqsədilə Dubayın daha bir hava limanına uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Marja-ya bildirilib ki, AZAL 2024-cü il noyabrın 8, 11, 13 və 20-də Bakı-Dubay-Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Uçuşlar Bakı aeroportundan Dubayın Əl-Məktum Beynəlxalq Hava Limanına yerinə yetiriləcək. Bu hava limanının bir çox hotellərə yaxın yerləşməsi Dubaya səfəri sərnişinlər üçün daha cəlbedici edir.
Həmçinin AZAL Batumi istiqamətində uçuşları 2025-ci ilin yanvarın 12-nə kimi uzadıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə — cümə və bazar günləri həyata keçiriləcək ki, bu da sərnişinlərə Gürcüstanın məşhur kurort şəhərinə səyahətlərini rahat şəkildə planlaşdırmaq imkanı verir.
Bundan əlavə, aviaşirkət 2025-ci il martın 14-dən 28-nə kimi Batumiyə aviabiletlərin satışını elan edir. Səyahətçilər bahar tətillərində səfərlərini əvvəlcədən planlaşdıra bilərlər.
AZAL aviadaşımalara artan tələbatı qarşılamaq üçün müxtəlif addımlar atır və xüsusilə tələbatın yüksək olduğu dövrlərdə sərnişinlərinə əlverişli şərtlər təklif etməyə çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















