Zavodda 512 kv.m ərazidə günəş panelləri quraşdırılıb
Ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində atılan addımların davamı kimi ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunun istehsalat sexlərinin birinin damında 512 kv.m ərazidə hər biri 690 Vt olmaqla,162 ədəd günəş paneli quraşdırılıb.
ASCO-nun yaydığı məlumatda bildirilir ki, sistem günəş panellərindən, invertor, kabelləşmə, SCADA idarəetmə qurğusundan və sayğacdan ibarətdir. Buradakı invertor qurğusuna 10 il, günəş panellərinə isə 25 il zəmanət verilib.
Hesablamalara görə, Abşeronda il ərzində 2200-2400 saat günəşli hava şəraiti olur. Buna uyğun olaraq “Bibiheybət” GTZ-də quraşdırılan sistem vasitəsilə il ərzində 380 Volt, 240-260 MVt elektrik enerjisinin istehsal edilməsi gözlənilir.
Enerji səmərəliliyinin artırılması və optimallaşdırılması məqsədilə “Yaşıl dünya naminə həmrəylik ili”ndə həyata keçirilən bu layihə ümumilikdə təbiətin mühafizəsi istiqamətindəki təşəbbüslərə ASCO-nun töhfəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















