“Renessans Palace” ekoloji təmizliyinə və enerji səmərəliliyinə görə "Qızıl"a layiq görülən ilk yaşayış kompleksi oldu
“Renessans Palace” hələki "QIZIL" kateqoriyaya layiq görülən yeganə yaşayış kompleksidir.(®) “Azerbaijan Green Building Council” İctimai Birliyi “AS Group” şirkətinin layihəsi olan “Renessans Palace” Premium Yaşayış kompleksinin sertifikatlaşdırılması üçün qiymətləndirmə həyata keçirmişdir.
2.7 hektar ərazidə inşa olunmuş “Renessans Palace” yaşayış kompleksində “avtomobilsiz həyət” konsepsiyasına əsaslanaraq yalnız sakinlərin istirahəti və asudə zamanlarının səmərəli keçirmələri üçün 1.5 hektarlıq, müxtəlif növ ağac, bitki və çiçəklərdən, velosiped yolları, uşaq və idman meydançasından ibarət park-həyət salınmışdır. Kompleksin xarici divarlarının tikintisində termal körpüləri azaldan, səs izolyasiyasını artıran, rütubətə qarşı effektiv olan termobloklardan istifadə edilmişdir. Qeyd edilən həllər sayəsində kompleksin mənzillərində istilik (soyuq hava) itkisini və enerji istehlakını əhəmiyyətli dərəcədə azaltmaq mümkün olmuşdur. Kompleksdə qurulan yağıntı sularının toplanma sistemində yığılan sulardan park- həyətin suvarmasında istifadə edilir. “Renessans Palace” Yaşayış Kompleksinin 1500 avtomobillik yeraltı parkinqi elektrik avtomobilləri üçün doldurucularla da təchiz edilib.
“Renessans Palace”-ın inşasında enerji və digər resursların səmərəliliyinin təmin edilməsi üçün tətbiq edilmiş həllər kompleksi dayanıqlı və ətraf mühit dostu olmasını təmin etmişdir. Məhz bu səbəbdən premium yaşayış kompleksinin “Azərbaycan Green Building Council İctimai Birlik” tərəfindən çoxmərtəbəli yaşayış binaları üçün müəyyən edilmiş BEST adlı müəssisə standartlarının tələblərinə uyğun olduğu təsdiq edilmiş və "QIZIL" kateqoriyaya layiq görülmüşdür.
www.asgroup.az saytına daxil olaraq “AS Group” və onun həyata keçirdiyi layihələr, fəaliyyət istiqamətləri haqqında daha geniş məlumat əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 32 d. əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur





















.webp)






