Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız, Xınalıqda qar yağıb
Oktyabrın 22-si saat 9:00-a olan məlumatına əsasən sinoptiklər tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir.
Lerikdə 24 mm, Neftçalada 21 mm, Xaçmaz, Qobustanda 18 mm, Lənkəran, Cəfərxanda 14 mm, Şabran, Sabirabadda 13 mm, Quba, Xaltanda 12 mm, Oğuz, Ağsu, Altıağac, Astarada 10 mm, Qusar, İsmayıllı, Mingəçevirdə 7 mm, Zəngilan, Qəbələdə 6 mm, Yevlaxda 5 mm, Şəkidə 4 mm, Göyçay, Yardımlı, Şahbuz, Ağdamda 3 mm, Şuşa, Şamaxı, Qrız, İmişli, Şahdağ, Şirvan, Biləsuvarda 2 mm, Füzuli, Kəlbəcər, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Balakən, Qax (Sarıbaş), Tərtər, Salyan, Zərdab, Kürdəmirdə 1 mm-dək olub.
Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız, Xınalıqda qar yağıb.
Oktyabrın 21-i saat 22:40 radələrində Oğuz rayonu Xaçmaz və Xaçmaz qışlaq kəndlərinə diametri 4-5 mm olan, saat 23:50 radələrində isə Şəkinin Oxud və Kiş kəndlərinə diametri 3-4 mm olan dolu düşüb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 0-5, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























