“AzerGold”dan 167 milyon manatlıq satış
“AzerGold” QSC-nin hasilat və satış həcmləri artıb2024-cü ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC tərəfindən 48.7 min unsiya həcmində qızıl hasilatı həyata keçirilib.
QSC-dən Marja-ya verilən məlumata görə, bununla ötən ilin ilk 9 ayı ilə müqayisədə qızıl hasilatında 27% artım qeydə alınıb.
Cari ilin ötən dövrü ərzində müəyyənləşdirilmiş qızıl hasilatı planı 3% artıq icra edilib. Sözügedən dövr ərzində gümüş hasilatı isə 69.2 min unsiya təşkil edib.
Həmçinin Səhmdar Cəmiyyət tərəfindən cari ilin ilk 9 ayı ərzində 40.2 min unsiya qızıl, 54.7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib. Nəticədə ölkə iqtisadiyyatına ötən ilin eyni dövrü ilə müqayisədə 21% daha çox olmaqla 166.9 milyon manat vəsait cəlb edilib.
Ümumilikdə isə QSC tərəfindən 456.5 min unsiya qızıl, 907.4 min unsiya gümüşün yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir 1 milyard 355 milyon 471 min 676 manat təşkil edir. Vəsaitin 1 milyard 290 milyon 315 min 319 manatını ixrac gəlirləri, 65 milyon 156 min 357 manatını isə daxili bazar satışlarından əldə edilmiş gəlirlər formalaşdırır.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən cari il üzrə 70 min unsiya qızıl hasilatı və satışı planlaşdırılıb. Bu 2023-cü ilin göstəriciləri ilə müqayisədə hasilatda 10%, satışda isə 3% daha artıq hədəfdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















