Starbucks-ın qlobal satışları ardıcıl 3 rüb azalıb - BOYKOT MƏNFİ TƏSİR GÖSTƏRİR
ABŞ-ın qəhvə şəbəkəsi Starbucks-ın qlobal satışları iyul-sentyabr dövründə 7 faiz azalaraq, ardıcıl üçüncü rüb düşüb.Sentyabrın 29-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində dördüncü rüb hesab edən qəhvəxana şəbəkəsi Starbucks, gələn həftə dərc olunacaq balans hesabatından əvvəl ilkin maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, Starbucks-ın qlobal şöbə satışları iyul-sentyabr dövründə 7 faiz azalıb.
Starbucks-ın səhmbaşına mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalaraq 80 sent təşkil edib.
Şirkətin tam 2024-cü maliyyə ilində satışları 2 faiz azalıb.
İsrailin Qəzzaya hücumları ilə əlaqədar olaraq etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri də Starbucks-dır. Boykot Starbucks-ın da maliyyə nəticələrinə mənfi təsir göstərib.
Qəhvəxana şəbəkəsi, boykot kampaniyalarının qismən Yaxın Şərqdəki şöbələrindəki satışlara mənfi təsir göstərdiyi üçün keçən ilin oktyabr-dekabr dövrü üçün illik satış proqnozunu aşağı salmışdır.
Yanvar-mart dövründə şirkətin gəlirləri 2 faiz azaldığı halda, qlobal satışları 4 faiz azalaraq 2020-ci ilin sonundan bəri ilk dəfə azalıb.
Starbucks, aprel-iyun dövründə qlobal satışlarının 3 faiz azaldığını bildirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















