McDonald's-ın səhmlərində kəskin ucuzlaşma
McDonald's məhsullarında E. coli bakteriyasının aşkarlanmasından sonra səhmləri kəskin şəkildə ucuzlaşıb.ABŞ-ın restoranlar şəbəkəsi McDonald's-ın ABŞ-ın10 ştatında restoranlarında təklif olunan hamburgerlərdə E.Coli bakteriyasının aşkarlanmasından sonra səhmləri kəskin ucuzlaşıb.
Marja xəbər verir ki, Şirkətin Nyu-York Fond Birjasında ticarət olunan səhmləri 7,4 faiz ucuzlaşaraq 290,83 dollaradək düşüb. Sonra itkinin bir hissəsi bərpa olunub.
Ucuzlaşma ABŞ-ın 10 ştatında McDonald's məhsullarında E. coli bakteriyasının aşkarlanmasından sonra qeydə alınıb.
Bakteriyanın aşkar edildiyi 10 ştatda xəstələnən 49 nəfərdən biri dünyasını dəyişib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən dünən verilən açıqlamada, McDonald's "Quarter Pounder" hamburgerində E. coli bakteriyasının aşkar edildiyi bildirilib.
Açıqlamada, Kolorado, Ayova, Kanzas, Missuri, Montana, Nebraska, Oreqon, Yuta, Viskonsin və Vayominq ştatlarında sözügedən bakteriyadan xəstələnən 49 nəfərdən birinin öldüyü bildirilib.
Açıqlamada hamburgerlərdə istifadə edilən mal ətindən hazırlanan küftə və soğanın tərkibində E.coli bakteriyası ola biləcəyi, lakin bunun dəqiq olmadığı, McDonald'sın bəzi ştatlarda bu hamburgerlərin satışını və şübhəli maddələrin istifadəsini dayandırdığı bildirilib.
Açıqlamada məsələ ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.
"Quarter Pounder" menyudan çıxarılıb
Digər tərəfdən, McDonald's E.Coli bakteriyasının "Quarter Pounder" adlı hamburgerdə istifadə edilən dilimlənmiş soğanla əlaqəli ola biləcəyinı açıqlayıb. Bütün yerli restoranlara bu məhsulu tədarüklərindən çıxarmaq göstərişi verildiyi və bütün doğranmış soğanının paylanmasının dayandırıldığı bildirilib.
"Quarter Pounder" burgeri restoranlarda menyulardan müvəqqəti olaraq çıxarılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















