Ən yuxarı (mobil)_30

Azərbaycanda nağd pul kreditləri üzrə orta faiz dərəcəsi artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda nağd pul kreditləri üzrə orta faiz dərəcəsi artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat yayıb.

Məlumata görə, 30 sentyabr 2023-cü il tarixi ilə müqayisədə 30 sentyabr 2024-cü il tarixində orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 1 faiz bəndi azalaraq 24%, avtomobil kreditləri üzrə 1 faiz bəndi azalaraq 12%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 3 faiz bəndi azalaraq 16% təşkil edib.

Reklam_3_11

Orta faiz dərəcəsi məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 1 faiz bəndi artaraq 25%-ə, digər istehlak kreditləri (nağd pul krediti) üzrə 1 faiz bəndi artaraq 20%-ə yüksəlib. 

İstehlak krediti - günlük ehtiyacları qarşılamaq üçün fiziki şəxslərə müxtəlif məqsədlərlə bank tərəfindən təklif edilən kredit məhsuludur.

faiz pul kreditləri
24.10.2024 10:53

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18