Bakıda qiyməti 39 milyon manatadək olan torpaq sahələri satılır - "BAHALAŞMAQDA DAVAM EDƏCƏK"
Paytaxtda qiyməti onmilyonlarla manat olan torpaq sahələri satışa çıxarılıb.
“Ağ Şəhər” ərazisində bir sotu 195 min manat olan torpaq sahəsinin ümumi qiyməti 39 milyon manatdır.
Həmçinin metronun “Nəriman Nərimanov” stansiyasına yaxın ərazidə satışa çıxarılan torpaq sahəsinin bir sotu 781 min manat, ümumi qiyməti 25 milyon, “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığındakı torpaq sahəsinin bir sotu 104 min manat, ümumi qiyməti isə 25 milyon manatdır.
Dəyəri onmilyonlarla manat olan torpaq sahələri mərkəzdən kənar ərazilərdə də mövcuddur.
Belə ki, Şıxov və Xocəsən qəsəbələrində qiyməti 25 milyon, Lökbatanda 22 milyon, Buzovnada 21 milyon, Mərdəkanda 20 milyon manata satışa çıxarılan torpaq sahələrinə rast gəlmək mümkündür.
Ekspert Elnur Fərzəliyev deyir ki, qiymətlərin yüksək olması yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə yararlı torpaqların azlığı ilə əlaqədardır.
O, hesab edir ki, bəzi ərazilərdə qiymətlər sabit qalsa da, ümumilikdə tikintiyə yararlı torpaq sahələrinin bahalaşması davam edəcək.
© Baku TV
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








