Britaniya bankından neft xəbərdarlığı
İsrailin İrana hücumu məhdud olduğundan və neft bazarlarında qiymətlər ilə bağlı gərginlik azaldığından, "StanChart" gələn üçün fərqli bir analiz təqdim edib. "StanChart"ın analitikləri neft qiymətlərində yeni artım dalğası proqnozlaşdırır.İsrailin Yaxın Şərqdə İrana qarşı qeyri-adekvat cavab tədbirindən sonra neft qiymətləri düşüb. Bununla belə, Böyük Britaniya bankı və maliyyə xidmətləri şirkəti "Standard Chartered"in (StanChart ) analitiklərinin fikrincə, ABŞ-da Prezident seçkilərindən sonra neft qiymətlərində yeni artım müşahidə oluna bilər.
Marja xəbər veri ki, "StanChart"ınanalitikləri, neft bazarının Yaxın Şərqdəki risklərlə bağlı "çox tez rahatlaşdığını" qeyd edərək, ABŞ seçkilərindən sonra İsrail ilə İran arasında gərginliyin yenidən arta biləcəyini vurğulayıblar.
Analitiklərin fikrincə, ABŞ seçkiləri ilə yanvarın 20-də ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi arasında olan iki aylıq dövrü potensial “konsentrasiya pəncərəsi” kimi qiymətləndirmək olar.
Oktyabrın 29-da açıqlanmış hesabatda analitiklər yazır: “Biz hesab edirik ki, hərbi və ya diplomatik həll qısa müddətdə mümkün olmadıqda silsilə hücumlar riski artır".
"StanChart"ın analitikləri Brent markalı neftin qiymətinin 2025-ci ilin birinci rübündə 89 dollara çatacağını proqnozlaşdırırlar.
Brent markalı neft bu il 7 faiz ucuzlaşıb və hazırda 71 dollar səviyyələrində ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















