S&P 500-ün "coin" versiyası təqdim edildi
ABŞ-dakı ən böyük kriptovalyuta birjası Coinbase, S&P 500-ün coin versiyasını təqdim edir.
Marja xəbər verir ki, Birja, bütövlükdə kriptovalyuta bazarın necə işlədiyini daha yaxşı başa düşmək üçün investorlara geniş və əlçatan alət təqdim edən "Coinbase 50" İndeksini və ya "Coin 50"ni təqdim edir.
Coinbase-in institusional məhsullar üzrə rəhbəri Greg Tusar, indeksin investorlar üçün əsas meyar olacağına ümid etdiyini söyləyib:
“Etməyə çalışdığımız şey, hər hansı bir aktivə xas olmayan, S&P 500 vasitəsilə səhm bazarlarının performansını ölçdüyünüz kimi, kripto aktivlərinin geniş səbətinin nə etdiyini sizə təqdim etməyə çalışan bir meyar yaratmaqdır".
Tusar bildirib ki, məhsulun əsas məqsədi investisiya deyil. Bunun əvəzinə, o, insanlara yalnız Bitcoin-ə güvənməkdənsə, bazar tendensiyalarını və qiymət kəşflərini müəyyən etməyə kömək etmək üçün bir istinad kimi nəzərdə tutulur; Bitcoin çox vaxt bütün mənzərəni göstərmir.
"Düşünürəm ki, hazırda Bitcoin etalon kimi istifadə olunur, çünki onu əvəz edəcək başqa heç nə yoxdur" - Tusar deyib.
Coin50-yə, Bitcoin və 49 digər ən yaxşı kriptovalyuta daxil edilib. Hesab olunur ki, İndeks bazarın daha əhatəli görünüşünü təqdim edir.
Tusar, Bitcoin-in dominantlığının zamanla azalacağına inandığını və bunun getdikcə daha az faydalı bir etalon olacağını və Coin50 kimi bir alətə ehtiyac duyulacağını söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





