COP29 çərçivəsində SABAH.HUB və SOCAR-ın birgə təşkilatçılığı ilə “Dayanıqlı İnnovasiyalar Çağırışı” tədbiri keçirilib
(®) COP29 çərçivəsində SABAH.HUB İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə təşkilatçılığı ilə “Dayanıqlı İnnovasiyalar Çağırışı” mövzusunda beynəlxalq tədbir keçirilib. Bu tədbir iqlim texnologiyaları və təmiz texnologiyaların inkişafını dəstəkləmək, innovativ həllər vasitəsilə qlobal problemlərə yanaşma təqdim etmək məqsədini daşıyıb.
Tədbirə dünyanın müxtəlif ölkələrindən 300-dən çox startap layihəsi müraciət edib və seçilən ən yaxşı komandalar COP29 çərçivəsində keçirilən tədbirdə iştirak etmək hüququ qazanıb. Final mərhələsində 10 startap layihəsi təqdim olunub.
Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf çıxış edərək şirkətin uzunmüddətli korporativ strategiyası çərçivəsində rəqəmsallaşma, innovasiya, enerji keçidi və dekarbonizasiya sahələrində həyata keçirilən strateji təşəbbüslərdən bəhs edib. O, ekoloji problemlərin həlli istiqamətində startapların yaratdığı innovativ həllərin vacib rolunu xüsusi vurğulayıb.
SABAH.HUB İnnovasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı iştirakçılara tədbirin məqsədi və finala çıxmış startap layihələri haqqında ətraflı məlumat verib. SABAH.fund-ın həmtəsisçi baş partnyoru Abbas Kazmi müxtəlif ölkələrdə maliyyələşdirilən startaplar, onların təqdim etdiyi innovativ yeniliklər və əldə olunan nəticələr barədə çıxış edib.
Tədbirdə təqdim olunan layihələr beynəlxalq investorlar və tədbir iştirakçıları tərəfindən qiymətləndirilib. Nəticədə üç startap qalib müəyyən olunaraq investisiya əldə etmək şansı qazanıb:
- Sirius
- Lumian
- BERKM
Bu tədbir Azərbaycan və qlobal tərəfdaşların davamlı inkişaf istiqamətində birgə səylərini və iqlim texnologiyaları sahəsində innovativ həllərin inkişafına verdiyi dəstəyi bir daha nümayiş etdirdi.
Qeyd edək ki, SABAH.HUB İnnovasiya Mərkəzi iki ildən artıq fəaliyyəti ərzində 300-dən çox startapın inkişafına dəstək göstərmiş və minlərlə insanı innovasiya ekosistemi haqqında maarifləndirmişdir. Mərkəz ümumilikdə 5 milyon AZN məbləğində şəbəkəsində olan startapların investisiya almasına dəstək olmuşdur.
SABAH.HUB-un fəaliyyəti və yeniliklərdən xəbərdar olmaq üçün sabahhub.com veb-saytına keçid edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
20 d. əvvəl
Asiya İnkişaf Bankı, Unicapital və ABB Invest beynəlxalq forumda iştirak ediblər
-
22 d. əvvəl
“Biz hədəfləmişik ki 2029-cu ilin sonunda 1 milyard manatlıq bank olaq”
-
1 saat əvvəl
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
-
1 saat əvvəl
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
Banklarda Agile niyə işləmir?
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
"Bank Avrasiya"nın adı Şikayət indeksində 1-ci yerdədir
Rəsmi məzənnələr açıqlandı
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
Kənar terminal və vebsaytlar ilə "Yelo Bank" kartı hesablarına mədaxil əməliyyatlarına 1% komissiya tətbiq olunacaq
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
“Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparırıq"
























