Avropanın ən böyük ümidi iflasdan qorunmaq üçün müraciət etdi
Gözlənilən baş verdi: Northvolt maliyyə çətinlikləri səbəbindən ABŞ-da iflasdan qorunmaq üçün Fəsil 11-ə müraciət edib. Şirkətin təqribən 30 milyon dollar pul ehtiyatı olmasına baxmayaraq, 5,8 milyard dollar borcu var.
İsveçin elektrik avtomobil batareyası istehsalçısı Northvolt ABŞ-da iflasdan qorunmaq üçün Fəsil 11-ə müraciət edib.
Marja.az xəbər verir ki, Şirkət, bir həftə ərzində fəaliyyətini davam etdirmək üçün nağd pula malik olduğunu, iflas prosesi üçün 100 milyon dollar yeni maliyyə vəsaiti təmin etdiyini açıqlayıb.
Northvolt yerli batareya istehsalçısı kimi Çindən asılılığı azaltmaq üçün Avropanın ən böyük ümidi idi.
Həmçinin oxu
İsveçin batareya istehsalçısı iflas etmək üzrədir
ABŞ Hyuston İflas Məhkəməsinə etdiyi müraciətdə şirkət hazırkı pul ehtiyatlarının cəmi 30 milyon dollar olduğunu və 5,8 milyard dollar borcu olduğunu bildirib. Təxminən 6600 işçisi olan Northvolt, restrukturizasiya prosesini 2025-ci ilin birinci rübünə qədər başa çatdırmağı hədəflədiyini açıqlayıb.
Northvolt tez bir zamanda elektrikli avtomobil batareyası sahəsində Avropanın lideri olmaq hədəfindən maliyyə çatışmazlığı, istehsal problemləri və əsas müştəri itkisi səbəbindən sağ qalmaq üçün mübarizə aparan bir şirkətə çevrilib.
Şirkət bu yaxınlarda daxili hədəflərini yerinə yetirə bilmədi və Skellefteå-dakı batareya istehsalı müəssisəsində istehsalı azaldıb. Şirkətin istehsal gücü ildə 300 000 batareya ilə məhdudlaşırılıb.
Northvolt iflas prosesi çərçivəsində cəmi 245 milyon dollar dəyərində maliyyə paketi üzərində işləyir.
Şirkətin ən böyük müştərisi və səhmdarı olan İsveç yük maşını istehsalçısı Scania bu prosesi dəstəkləmək üçün 100 milyon dollar kredit ayırıb. Scania-nın töhfəsi ilə şirkət iflas prosesi zamanı fəaliyyətini normal şəkildə davam etdirə biləcəyini açıqlayıb.
Northvolt-un idarə heyətinin müvəqqəti sədri Tom Johnstone, "Bu mühüm addım Avropada yerli batareya istehsalı bazası yaratmaq missiyamızı davam etdirməyə imkan verəcək" deyib və restrukturizasiya prosesi zamanı müştərilər, səhmdarlar və strateji investorlardan gələn yeni maliyyə təkliflərinin qiymətləndiriləcəyini bildirib.
Volkswagen və İsveç hökuməti yaxından izləyir
Volkswagen, Northvolt-un ən böyük səhmdarı (21%) olaraq hadisələri yaxından izlədiyini açıqlayıb, lakin şirkətin iflas ərizəsinin öz biznesinə necə təsir edəcəyini şərh etməyib. İsveçin Baş nazirinin müavini Ebba Buş hökumətin elektrikli avtomobil akkumulyatoru sənayesini dəstəkləməyə davam edəcəyini, lakin Northvolt ilə ortaq olmaq planlarının olmadığını ifadə edib.
Northvolt-un iflas ərizəsi sənayedə şiddətli rəqabət və elektrikli avtomobil tələbində gözləniləndən daha yavaş artım fonunda baş verir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Çin dünya üzrə akkumulyator istehsalının 85 faizinə nəzarət edir ki, bu da Avropa istehsalçılarını ciddi təzyiq altında qoyur.
Handelsbanken analitiki Hampus Engellau iflasın qorunmasının şirkətə qısa müddətli möhlət verəcəyini söyləyib, lakin Northvolt biznes modelini yenidən qurmaq üçün lazımi investisiyaları tapmalıdır.
Məhkəmə prosesi zamanı Northvolt-a işçilərinə olan borclarını ödəməyə və Scania-dan kreditin birinci tranşından istifadə etməyə icazə verilib. Şirkətin, strateji transformasiya edərək Avropada batareya sənayesində lider mövqeyini qoruyub saxlaya bilib-bilməyəcəyi maraq doğurur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
20 d. əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
52 d. əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
55 d. əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
-
1 saat əvvəl
İlk dəfə su texnologiyaları üzrə innovativ ideyalar ilə hakaton keçirilib, qaliblər müəyyən edilib
-
1 saat əvvəl
AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək
-
1 saat əvvəl
Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
-
2 saat əvvəl
İnvestisiya şirkətinin və Bankın, daxilində kitab mağazası olan filialı açılıb
Son Xəbərlər

İlk dəfə su texnologiyaları üzrə innovativ ideyalar ilə hakaton keçirilib, qaliblər müəyyən edilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək
Ən çox oxunanlar

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır

Sentyabr “Həyat Sığortası üzrə Maarifləndirmə Ayı”-dır

Qarabağ atlarının şousunu izləyiblər

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, Milli Xalça Muzeyinin Şuşa filialında olublar

AFB Bank tam onlayn – “Başdan Başa” kredit layihəsini təqdim edir

Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
