Qəhvə bazarında fırtına: Analitiklər Starbucks-ın daha az tədbir görməsindən narahatdılar
Qlobal qəhvə istehsalında tədarük çatışmazlığı və qiymət artımları Starbucks-ın xərc strukturuna təzyiq göstərsə də, şirkət öz ehtiyatlarından və çevik satınalma strategiyalarından bufer kimi istifadə edir. Wall Street analitikləri Starbucks-ın risklərin idarə edilməsi strategiyalarının təsirlərini yaxından izləyirlər, çünki yeni CEO Brian Niccol şirkətin satışlarını dirçəltməyi hədəfləyir.
Qəhvə qiymətlərindəki sürətli artım davam edərkən, Starbucks-ın qiymət dalğalanmalarına qarşı daha az tədbir görməsi bazar analitiklərini narahat etməyə başlayıb.
Marja xəbər verir ki, Dünyanın ən böyük qəhvə şəbəkələrindən biri olan Starbucks şirkətinin illik hesabatına görə, sentyabr ayında başa çatan maliyyə ilində sabit qiymətli qəhvə müqavilələrinin məbləği cəmi 200 milyon dollar təşkil edib. Bu rəqəm 2019-cu ildə 1 milyard dollar səviyyəsində idi.
Braziliya kimi əsas qəhvə istehsal edən ölkələrdə pis hava şəraiti səbəbiylə qəhvə tədarükü çatışmazlığı yaşanır, Nyu-York bazarında son 12 ayda qəhvə fyuçerslərinin qiymətləri 70 faizdən çox artaraq funtu 3 dolları keçib.
Starbucks 40.000-dən çox kafe və pərakəndə biznesə xidmət göstərir və dünya qəhvə istehsalının 3 faizini alır. Yüksək keyfiyyətli arabica qəhvə alışları İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən Starbucks Coffee Trading Company vasitəsilə həyata keçirilir. Lakin sabit qiymətli müqavilələrin azalması Wall Street-in diqqətini çəkib.
Guggenheim Securities analitiki Gregory Francfort, "Şirkət keçmişə nisbətən daha az qorunur. Bu, növbəti 12 ay ərzində qəhvə qiymətlərini hər zamankından daha kritik edir" deyib.
Yeni Baş direktor, yeni strategiyalar
Starbucks-ın yeni Baş direktoru Brayan Nikkol azalan satışları canlandırmağı hədəfləyir. Nikkolun planlarına Starbucks-ın ictimai qəhvəxana kimi imicini gücləndirmək də daxildir.
Şirkət iki fərqli müqavilə növü ilə qəhvə alır: sabit qiymət və “qiymət sonra müəyyən ediləcək”. Qiymətlərin müəyyən ediləcəyi müqavilələr sonradan Nyu-York fyuçers bazarındakı qiymət dalğalanmalarına uyğun olaraq dəqiqləşdirilir. Starbucks bu cür müqavilələrdə törəmə alətlərdən istifadə etməklə öz risklərini sığortalayır.
Şirkətin illik hesabatına əsasən, maliyyə ilinin sonunda qiyməti müəyyən ediləcək müqavilələrin ümumi dəyəri 929 milyon dollar təşkil edib. Bu, bir il əvvəllə müqayisədə çox olsa da, 2021 və 2022-ci illərdəki səviyyələrdən xeyli aşağıdır.
Starbucks-ın qəhvə ticarəti əməliyyatlarını idarə edən Andres Berron Şirkətin bu sahədəki siyasətlərinin dəyişmədiyini bildirib. Starbucks bildirir ki, qəhvə ehtiyatları onlara bazar dalğalanmalarına qarşı kifayət qədər bufer təmin edir. Şirkətin anbarındakı qovrulmamış və qovrulmuş qəhvələrin ümumi dəyəri 920 milyon dollar təşkil edib ki, bu da 2021-ci ildən bəri ən aşağı göstəricidir.
Qlobal qəhvə bazarı çətin dövrlərdən keçir
Qlobal qəhvə bazarında problemlər davam edir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə, Braziliyada qeyri-sabit yağışlar və yüksək temperatur qarşıdan gələn məhsul mövsümünə mənfi təsir göstərə bilər.
ED&F Man-ın analitiki Kona Haque, "Bazarlardakı yüksəlişin mənfi təsirlərinə məruz qalmaq istəmirsinizsə, artan qiymətlərə qarşı hedcinq strategiyaları çox vacibdir",- deyib.
Starbucks tərəfindən bazar dalğalanmalarına qarşı görülən kafi tədbirlər, şirkətin qısamüddətli xərc strukturunu necə idarə edəcəyi ilə bağlı suallar yaradır. İnvestorlar və bazar analitikləri qəhvə qiymətlərində gələcək dəyişikliklərin şirkətin fəaliyyətinə necə təsir edəcəyini diqqətlə izləyirlər.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
14 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
5 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
6 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
6 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
