5 bazar subyektinə 190 min manat haqsız rəqabət sanksiyası tətbiq edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı. Bu material Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən hazırlanıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsinin tətbiqi ilə bazar subyektlərinin maneəsiz və səmərəli fəaliyyətinin təmin edilməsi, liberal bazar münasibətlərinin inkişafının dəstəklənməsi, o cümlədən ölkədə rəqabət siyasətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rəqabət intizamının qorunması və inhisarçı davranışlarla mübarizə istiqamətində cari ilin on ayı ərzində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə Dövlət Xidməti tərəfindən ümumilikdə 146 müraciətə baxılıb, onlardan 87-si təmin olunub. Eyni zamanda antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı daxil olmuş 21 müraciətdən 16-sı təmin olunub.
Bundan əlavə, müvafiq dövr ərzində iqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış 61 müraciətdən 33-ü təmin olunub. Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmış digər müraciətlərin sayı 48 olub, onlardan 28-i təmin edilib.
Bazara giriş maneələri, təmərküzləşmə səviyyəsi, kartel tipli əlaqələr, dempinqli idxalın müəyyən edilməsi və qarşısının alınması istiqamətində Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində bir sıra əmtəə bazarlarında – maliyyə xidmətləri, mobil telefonların satışı bazarında rəqabət vəziyyətinin təhlil edilməsinə dair tədbirlər həyata keçirilib. Rəqabət qanunvericiliyə riayət olunması üzrə araşdırmalar aparılıb və müvafiq bazarlarda məhsul növləri müəyyən edilib.
Analoji dövrdə Dövlət Xidməti tərəfindən rəqabətpozucu davranışlarla mübarizə istiqamətində istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən və sahibkarların rəqabət imkanlarını məhdudlaşdıran haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadənin qarşısının alınmasına yönəlmiş tənzimləyici tədbirlər həyata keçirilib.
Bu ilin yanvar-oktyabr ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış 98 müraciətin 58-i təmin olunub. Mal və xidmətlərdən istifadə edərkən istehlakçı seçimlərini stimullaşdıran reklam fəaliyyəti üzrə həyata keçirilən tədbirlər çərçivəsində alkoqollu içkilər, ət məhsulları, tütün və tütün məmulatları, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsulları, nəqliyyat vasitələri, bank, kredit, təhsil, logistika, karqo və ictimai iaşə xidmətləri sahəsində ümumilikdə 29 bazar subyekti tərəfindən reklam qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib. Aşkar edilən pozuntular görülmüş tədbirlər nəticəsində könüllü aradan qaldırılıb.
Ötən dövrdə Dövlət Xidmətində pozuntu hallarının qarşısının alınması və rəqabət tənzimləmələri istiqamətində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə 130 müraciətə baxılıb. Rəqibin üzərində əsassız üstünlük qazanmaq, onun təsərrüfat qərarlarının qəbuluna və icrasına qanunsuz vasitələrlə təsir göstərməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə Dövlət Xidməti tərəfindən 1 iş, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə isə 3 iş qaldırılıb, 9 işə (5-i ötən ildən davam edən) baxılması başa çatdırılıb. Görülmüş tədbirlər nəticəsində təsərrüfat subyekti tərəfindən yol verilmiş pozuntular aradan qaldırılıb.
Rəqabətli biznes mühitinin təmin olunmasını, bazar subyektlərinin rəqiblərinə qarşı ədalətli davranışını və rəqabət qanunvericiliyinə riayəti təşviq edən tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən cari ilin on ayı ərzində haqsız rəqabətə yolvermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib və müvafiq icrası məcburi göstəriş verilib.
Bundan əlavə, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlər zamanı görülmüş tədbirlər nəticəsində 23 bazar subyekti tərəfindən neqativ hallar könüllü aradan qaldırılıb.
Qeyd edilən dövr ərzində Dövlət Xidməti tərəfindən təbii inhisar subyektlərinin azad rəqabətə və müştəri mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun tənzimləyici tədbirlər həyata keçirilib, müvafiq sahədə bərabər, şəffaf, ədalətli və rəqabətə əsaslanan münasibətlərin formalaşmasının təmin edilməsinə dair tələblər təbii inhisar subyektlərin diqqətinə çatdırılıb.
Bundan əlavə, telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətləri göstərilərkən müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsi ilə bağlı telekommunikasiya operatorları ilə maarifləndirici görüşlər təşkil olunub, mahiyyət üzrə yaranmış problemlərin həlli istiqamətində müzakirələr aparılıb.
Cari ilin on ayı ərzində təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar 1156 müraciətə baxılıb, onlardan 292-si təmin olunub, 550 halda qanunamüvafiq izahat və tövsiyə verilib, 28-i baxılması üçün aidiyyəti orqana göndərilib, 116 halda rəy və təklif verilib, 3 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub, 1 halda zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb, 166 müraciət üzrə isə araşdırmalar davam etdirilir. Qeyd edək ki, vətəndaşlardan daxil olan müraciətlər kommunal, hava yolu nəqliyyatı, dəmir yolu nəqliyyatı, suvarma (meliorasiya və irriqasiya), poçt xidmətləri və digər sahələri əhatə edib.
Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 40 d. əvvəl
- 43 d. əvvəl
-
-
47 d. əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
-
52 d. əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
1 saat əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
- 1 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
14 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
14 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
14 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 14 saat əvvəl
Son Xəbərlər

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Rusiyanın məhdudiyyətləri fonunda neft bahalaşıb

Bosch 13 min işçisini ixtisar edəcək

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
Ən çox oxunanlar

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib
