"Xəzərin səviyyəsinin düşməsi bütün sahilyanı ölkələrdə problem yaradacaq"
“Qlobal istiləşmənin davam edəcəyi halda Xəzər dənizinin yalnız Rusiya və Qazaxıstan ərazisində quruyacağı ilə bağlı fikirlər səsləndirmək düzgün deyil. Çünki Xəzər dənizi birləşmiş bir qabdır. Qlobal istiləşmə və dənizin səviyyəsinin azalması müşahidə edilərsə, sahil zonasının hər yerində və dayaz ərazilərdə quruma müşahidə edilə bilər”.
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov rusiyalı və fransalı ekspertlərin Xəzərin Rusiya və Qazaxıstan akvatoriyasının 75 ilə quruyacağı ilə bağlı hazırladıqları araşdırma materialına münasibət bildirərkən deyib. O bildirib ki, Xəzərin səviyyəsinin aşağı düşməsi nəinki Rusiya və Qazaxıstanda, digər sahilyanı ölkələrdə, həmçinin Azərbaycanın dayaz ərazilərində də qurumaya səbəb ola bilər.
R. Məmmədov qeyd edib ki, hər il Xəzər dənizinin səviyyəsinin 15-20 santimetrə kimi azalması müşahidə edilir: “Bu da Xəzər dənizinin sahil ərazilərində, xüsusən dənizin dayaz yerlərində problemlər yaradır. Xəzər dənizinin dayaz yerlərinin çox hissəsi isə şimali Xəzərin-Qazaxıstan və Rusiyanın ərazisinə düşür. Burada orta dərinlik 7 metrdir. Səviyyənin aşağı düşməsi suyun azalması, xüsusən biomüxəliflik və gəmi fəaliyyəti üçün problem yarada bilər. Bu məsələ Azərbaycanın Neftçala rayonunda da problem yaradacaq. Çünki oranın sahil zonasında meyllik və dərinlik azdır. Nisbətən belə problemlər Lənkəran düzənliyi sahəsində, hətta Xaçmazdan Sumqayıta kimi az-çox özünü göstərə bilər. Sadəcə, şimalı - Rusiya və Qazaxıstan ərazisini müstəsna hal kimi göstərməyə ehtiyac yoxdur. Bu problem Azərbaycan və digər sahilyanı ölkələrdə də müşahidə oluna bilər. Çünki qlobal istiləşmə və səviyyənin azalması nəticəsində suyun quruması dayaz ərazilərdə özünü daha çox büruzə verəcək”.
İnstitut direktoru əlavə edib ki, yaxın gələcəkdə suyun səviyyəsinin aşağı düşməsinin dayanacağı və ya əksinə, artacağına heç kim zəmanət verə bilməz. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi iqlim dəyişmələri ilə əlaqədardır və bununla bağlı çoxillik proqnoz vermək mümkün deyil: “Bu məsələ elm tərəfindən həll olunduğu zaman Xəzər dənizinin səviyyəsi haqqında da etibarlı və uzunmüddətli proqnozlar vermək mümkün olacaq. Amma mən güman edirəm ki, səviyyənin aşağı düşməsi uzun müddət davam etməyəcək və yaxın zamanlarda dayanacaq. Çünki Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri dənizin səthində buxarlanmanın çoxalmasıdır. Səviyyə getdikcə aşağı düşürsə, dəniz səthinin sahəsi azalır və bu da buxarlanmanın azalmasına gətirib çıxarır. Proqnozlara görə, Volqa hövzəsində yağıntının miqdarı artacaq. Bir tərəfdən buxarlanmanın azalması və yağıntının miqdarının artması, yəni Volqa çayının suyunun artması bu məsələni dayandıracaq. Qeyd edim ki, son 12 ildə Xəzər dənizinin səviyyəsi 1,5 metr azalıb. Bu, böyük rəqəmdir və ölkələrin sosial-iqtisadi həyatına ziyan vura bilər”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
2 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
2 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
















.jpg)








