"Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!" adlı kampaniya başa çatıb
BMT-nin Əhali Fondunun "Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!" şüarı altında keçirdiyi 16 Günlük Fəallıq Kampaniyası başa çatıbBMT-nin Əhali Fondunun (UNFPA) Yaponiyanın "Takeda Pharmaceutical Company Limited" şirkətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” layihəsi çərçivəsində icra edilən 16 Günlük Fəallıq Kampaniyası başa çatıb.
BMT-nin Əhali Fondunun məlumatında bildirilir ki, "Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!" şüarı altında keçirilən builki kampaniya texnologiya vasitəsilə törədilən gender əsaslı zorakılıqla mübarizə mövzusuna həsr olunub. Kampaniyanın məqsədi texnologiyaların qadınlara və qızlara qarşı zorakılıq törətmək məqsədilə bir alət kimi istifadə olunması probleminə ictimaiyyətin diqqətini çəkmək, İnternetdən təhlükəsiz istifadə qaydalarını təşviq etmək, habelə geniş əhali kütləsini zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumatlandırmaqdan ibarət olub.
Qeyd edilib ki, dünyada qadınların 85%-i texnologiya vasitəsilə törədilən zoraklığa məruz qalıb və ya digər qadınlara qarşı törədilən bu cür zorakılığın şahidi olub. Dünyada qadınların 57%-nin onlayn videoları və ya şəkilləri sui-istifadə və ya təhrif edilib.
UNFPA-nın bu təşəbbüsü qadınların və qızların texnologiyalardan təhlükəsiz istifadə etməsi üçün cəmiyyətin bütün təbəqələrini səfərbər olmağa çağırıb.
Kampaniya çərçivəsində gender bərabərliyi, gender əsaslı zorakılıq , eləcə də texnologiya vasitəsilə törədilən zorakılıqdan müdafiə mexanizmlərinə dair hazırlanmış materiallar müxtəlif platformalar vasitəsilə ictimaiyyətə təqdim olunub. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə yayımlanan maarifləndirici video materiallar və sosial çarx hədəf auditoriyalarına gender əsaslı zorakılıqla mübarizənin əhəmiyyətini çatdırıb, rəqəmsal zorakılıqdan müdafiə yollarına diqqət çəkib.
16 Günlük Fəallıq Kampaniyasının əsas komponentləndən biri olan məlumatlandırma sessiyaları Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Qarabağ bölgələrini əhatə edib. Məktəb və icmalarda təşkil edilmiş sessiyalarda qadınlara qarşı texnoloji zorakılığın müxtəlif formaları, o cümlədən, təhqir, təqib, şantaja məruz qalma və şəxsi məlumatların icazəsiz paylaşılması hallarından müdafiə yolları haqqında məlumat verilib. Tədbirlərdə iştirak edən tanınmış influyenserlər sosial şəbəkələrdən istifadə zamanı şəxsi məlumatların paylaşılması ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.
Kampaniya çərçivəsində məişət zorakılığından müdafiə ilə bağlı UNFPA tərəfindən hazırlanmış veb-resurs da ictimaiyyətə təqdim olunub. Məişət zorakılığı və gender əsaslı zorakılıqla üzləşmiş şəxslər bu onlayn resurs vasitəsilə müvafiq dəstək xətləri, sığınacaqlar və digər xidmətlər barədə ətraflı məlumat əldə edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 7 d. əvvəl
-
10 d. əvvəl
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
- 40 d. əvvəl
- 49 d. əvvəl
-
56 d. əvvəl
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
-
58 d. əvvəl
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
-
1 saat əvvəl
İxtira müəlliflərinə patentdən əldə edilən gəlirin yarısı çatacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
"Bank Avrasiya"nın adı Şikayət indeksində 1-ci yerdədir
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
Ən çox oxunanlar
Kənar terminal və vebsaytlar ilə "Yelo Bank" kartı hesablarına mədaxil əməliyyatlarına 1% komissiya tətbiq olunacaq
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
“Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparırıq"
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
"Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik"
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir























