“Milla” Gürcüstan bazarında uğurla yerini tutaraq mövqeyini möhkəmləndirir
Azərbaycanın süd məhsulları sahəsində lider brendi olan “Milla”, beynəlxalq bazarlarda yeni bir zirvəyə imza ataraq, Gürcüstan bazarında uğurla yerini möhkəmləndirir. Artıq bu ilin əvvəlindən etibarən, “Milla” məhsulları "Carrefour", "Spar", "Goodwill" kimi tanınmış supermarket zəncirlərində Gürcüstan istehlakçılarına təqdim olunur. Bu uğur, “Milla” brendinin məhsulları ilə xarici bazarlarda rəğbət qazanmaq məqsədini bir addım irəli aparır.
"Milla Dairy" şirkətinin direktoru Azər Vahabzadə bu nailiyyəti belə ifadə edib:
“Milla” brendimizin Gürcüstan bazarında yerini möhkəmləndirməsi, təkcə “Milla” üçün deyil, həm də Azərbaycan məhsullarının beynəlxalq rəqabət qabiliyyətinin artması baxımından əhəmiyyətlidir. Biz inanırıq ki, məhsullarımız Gürcüstanda da müştərilərin sevgisini qazanacaq.”
“Milla” Gürcüstan bazarında hazırda beş əsas kateqoriyada 30-dan çox məhsul təqdim edir və bu rəngarəng çeşidlə müştəri bazasını sürətlə genişləndirir. Şirkət müxtəlif zövqləri nəzərə alaraq, keyfiyyəti ilə seçilən süd məhsulları və yoqurtlarla rəflərdə özünəməxsus yer tutur.
Noyabr ayından başlayaraq “Milla” brendi Gürcüstan bazarında genişmiqyaslı marketinq kampaniyasına start verib. “Möhürü tap, keyfiyyəti tap” şüarı ilə həyata keçirilən kampaniya vasitəsilə, məhsulların yüksək keyfiyyət standartları barədə istehlakçılara ətraflı məlumat çatdırılır. Bu təşəbbüs, təkcə bazar payını artırmaqla kifayətlənmir, həm də “Milla” məhsullarını Gürcüstanda keyfiyyət simvoluna çevirir.
“Milla” məhsulları Gürcüstan bazarına sürətlə inteqrasiya olunaraq, alıcılar tərəfindən yüksək qiymətləndirilir. Keyfiyyət, ləzzət və müasir standartlara uyğunluq “Milla” brendini qonşu bazarda unikal edir. Şirkət, qarşıdakı dövrdə mövqeyini daha da gücləndirməyi və Gürcüstan istehlakçılarının ilk seçiminə çevrilməyi hədəfləyir.
2011-ci ildən fəaliyyət göstərən “Milla”, yerli bazarda ən geniş çeşidli süd məhsulları ilə tanınır. Hazırda şirkət 100-dən çox məhsul istehsal edir və yaxın gələcəkdə gündəlik çiy süd emalı gücünü 400 tona çatdırmağı hədəfləyir. Bu uğur, təkcə “Milla”nın deyil, həm də Azərbaycanın qeyri-neft ixrac portfelinin zənginləşməsi və ölkə brendlərinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 18 saat əvvəl
-
18 saat əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
18 saat əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
19 saat əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
20 saat əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”

















