Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Qazprom" şirkəti "Türk axını" kəmərinin 220 km-ni inşa edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qazprom" şirkəti "Türk axını" kəmərinin 220 km-ni inşa edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın “Qazprom” şirkəti “Türk axını” qaz kəmərinin dəniz hissəsinin 220 km-ni inşa edib. "TASS" agentliyi xəbər verir ki, bu barədə "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller bildirib.


O qeyd edib ki, Rusiyanın quru hissəsində iki mikrotunelin qazılması və boruların daşınması başa çatıb.
Qeyd edək ki, “Qazprom” bu il mayın 7-də “Türk axını” kəmərinin Qara dəniz sahilində dəniz hissəsinin inşasına başlayıb.


Ötən il oktyabrın 10-da Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası saziş imzalayıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır. Boru kəmərinin dəniz hissəsinin uzunluğu 910 km, Türkiyə ərazisində quru hissəsinin uzunluğu isə 180 km hesablanır.

 

© Report

31.08.2017 15:46

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18