AYİB-in investisiyaları 2024-cü ildə rekord qırıb
Yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi 2024-cü ildə Bankın ümumi investisiya həcminin 58 faizini təşkil edərək, rekord həddə - 9,7 milyard avrodan çoxAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə öz investisiyalarının əvvəlki illə müqayisədə 26 faiz artaraq 16,6 milyard avroya (17,1 milyard dollar) çatdığını açıqlayıb. Bankın 2024-cü ildə bütün mənbələrdən təmin etdiyi investisiyaların ümumi məbləği – 26,7 milyard avro təşkil edib.
Bildirilib ki, bu artım Ukraynada layihələrin və "yaşıl" maliyyələşdirmənin artması hesabına baş verib.
"Yaşıl" iqtisadiyyatın maliyyələşdirilməsi 2024-cü ildə Bankın ümumi investisiya həcminin 58 faizini təşkil edərək, rekord həddə - 9,7 milyard avrodan çox olub.
Bankın portfeli 60 milyard avroluq mərhələni keçərək 61,9 milyard avroya çatıb.
2024-cü il rəqəmləri ilə Bank, pandemiyadan əvvəlki sərmayəni 60 faiz üstələyib. AYİB investisiyaları 2019-cu ildə tarixində ilk dəfə olaraq 10 milyard avronu keçmişdi.
AYİB prezidenti Odile Renaud-Basso bildirib ki, Türkiyə ötən il AYİB-in ən çox sərmayə yatırdığı ölkə olmağa davam edir, onu ardınca Ukrayna, Misir, Polşa və Özbəkistan gəlir.
AYİB ötən il maliyyələşdirdiyi 584 layihənin 75 faizindən çoxunun özəl sektora aid olduğunu açıqlayıb.
"Digər mühüm komponent yaşıl investisiyalardır. Biz Özbəkistan və Misir kimi ölkələrdə bərpa olunan enerji resurslarını inkişaf etdirmək və bu sektora investorları cəlb etmək üçün müxtəlif layihələr üzərində intensiv işləmişik",- Odile Renaud-Basso deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
23 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
35 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
45 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 48 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dövlət bankının kredit portfelində azalma
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq




















