"Rabitəbank" 2024-cü ili necə başa vurub? - BANKIN VƏZİYYƏTİ MƏLUM OLDU

"Rabitəbank" ASC 2024-cü ili 14 milyon 851 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 13 milyon 61 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Rabitəbank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 1 milyon 790 min manat və ya 13,7% artıb. Xalis mənfəətdəki artım həm xalis gəlirlərin artmasından, həm də mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin azalmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, ötən il "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 167 milyon 258 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 142 milyon 123 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 25 milyon 135 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri 142 milyon 715 min manat, cəmi əməliyyat xərcləri 118 milyon 453 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 262 min manat təşkil etmişdi.
Ötən il "Rabitəbank"ın cəmi əməliyyat gəlirlərindəki artım (24 milyon 543 min manat) cəmi əməliyyat xərclərindəki artımdan (23 milyon 670 min manat) 873 min manat çox olduğu üçün Bankın əməliyyat mənfəəti də bir o qədər artıb.
"Rabitəbank" 2024-cü ilin 25 milyon 135 min manat olan əməliyyat mənfəətindən 4 milyon 539 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 5 milyon 745 min manat mənfəət vergisi ödəyib. 2023-cü ildə "Rabitəbank" 24 milyon 262 min manat əməliyyat mənfəətindən 5 milyon 750 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 5 milyon 451 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "Rabitəbank"ın müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 100 milyon manat səviyyəsini keçərək 100 milyon 557 min manat təşkil edib (2023-cü ildə 79 milyon 532 min manat).
BANK BÖYÜYÜB
Keçən il "Rabitəbank"ın cəmi aktivləri 16 milyon 15 min manat və ya 1,4% artaraq 31 dekabr 2024-cü il tarixində 1 milyard 154 milyon 464 min manat təşkil edib. Bank 2023-cü ilin sonunda 1 milyard 138 milyon 450 min manat cəmi aktivlərə malik idi.
2024-cü ildə "Rabitəbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 126 milyon 933 min manat və ya 17,6% artaraq 848 milyon 92 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 53 milyon 763 min manat artaraq 293 milyon 398 min manata, biznes kreditləri portfeli 53 milyon 707 min manat artaraq 399 milyon 112 min manata, ipoteka kreditləri portfeli isə 19 milyon 462 min manat artaraq 155 milyon 582 min manata qalxıb.
BANKDA FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ ARTIB
Keçən il "Rabitəbank"da cəmi depozitlər 76 milyon 606 min manat azalaraq 31 dekabr 2024-cü il tarixində 677 milyon 218 min manat təşkil edib. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 16 milyon 568 min manat artaraq 461 milyon 954 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 93 milyon 174 min manat azalaraq 215 milyon 264 min manata düşüb.
2024-cü ildə "Rabitəbank" kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 57 milyon 416 min manat artaraq 281 milyon 753 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2024-cü il tarixində "Rabitəbank" ASC 132 milyon 138 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 112 milyon 419 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün sonra
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
4 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 4 saat əvvəl
-
4 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 4 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
