Qazaxıstan Şımkentdən Bakıya birbaşa reys açacaq
Qazaxıstan Şımkent hava limanının yeni terminalından Avropa və Asiyaya, o cümlədən Azərbaycana yeni reyslərin açılmasını planlaşdırır.
Bu barədə “Kazinform” xəbər verir.
Məlumata görə, yeni terminal bazasında 14 daxili və 16 beynəlxalq marşrutun açılması planlaşdırılır. Bu, sərnişinlərə Avropa İttifaqı ölkələrinə, Çin, Cənubi Koreya, Cənub-Şərqi Asiya ölkələri, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus və digər populyar beynəlxalq istiqamətlərə səyahət etmək imkanı verəcək.
"Hazırda yeni terminalda Qazaxıstan üzrə müntəzəm reyslərə xidmət göstərilir. Yaxın gələcəkdə reyslərin bir hissəsi həm Qazaxıstan, həm də xarici aviadaşıyıcıları qəbul edəcək yeni terminala köçürüləcək", - məlumatda qeyd olunub.
Yeni terminalda sərhəd nəzarəti və gömrük avadanlıqlarının quraşdırılması başa çatdıqdan sonra beynəlxalq sektor və tranzit zona açılacaq.
"Yeni terminalın açılması və aviasiya habının inkişafı ilə regiondan həyata keçirilən istiqamətlərin sayı 45-ə çatacaq. Yaxın planlarda marşrut şəbəkəsinin genişləndirilməsi var. Buraya Bakı istiqamətində genişləndirilmə də daxildir", - məlumatda bildirilib.
Şımkentin köhnə terminalı həm beynəlxalq, həm də daxili reyslərə xidmət göstərməklə adi rejimdə fəaliyyətini davam etdirir. Gün ərzində təxminən 15 reys həyata keçirilir ki, bunlardan 6-sı daxili, 9-u isə beynəlxalq reysdir. Populyar istiqamətlərə Astana, Almatı, Aktau, Atırau, Semey, Aktöbe, İstanbul, Moskva, Antalya, Dubay, Mədinə, Ciddə, Şarm əl-Şeyx, Phuket və Kutaisi daxildir.
"Beynəlxalq zonanın yaradılması başa çatdıqdan sonra köhnə terminal tədricən reyslərdən azad ediləcək. Həm daxili, həm də beynəlxalq istiqamətlər üzrə əsas yük yeni terminala keçəcək", - məlumatda qeyd edilib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)





