Dünyanın ən varlı adamları üçün bunker tikiləcək - Bir otaq 20 milyon dollara başa gələcək
Qlobal fəlakət zamanı istifadə olunacaq yeraltı sığınacaqda 625 yer üçün nəzərdə tutulub.Amerikanın təhlükəsizlik mühəndisliyi şirkəti SAFE dünyanın ən zəngin insanları üçün Virciniya ştatında bunker tikəcək. Virciniya ştatı paytaxt Vaşinqtona yaxınlığına görə yüksək strateji əhəmiyyətə malikdir.
Marja xəbər verir ki, Aerie (Qartal Yuvası) adlanan yeraltı kompleksin 2026-cı ilin yayında açılışı olacağı gözlənilir və burada lüks restoranlar, qapalı hovuz, boulinq meydançası, dırmaşma divarı və tibb kompleksi yer alacaq.
Daily Mail-in yaydığı məlumata görə, interaktiv divarlar zəngin insanlara yerin dərinliklərində olduqlarını unutdurmağa kömək edəcək.
"242 milyon funt-sterlinq dəyərində olan "qiyamət günü" bunkerinin içərisində, 3-cü Dünya Müharibəsi başlayarsa, ultra zəngin elita sığınacaqdır", - "Daily Mail" yazır.
625 nəfər üçün nəzərdə tutulmuş elit bunkerdə bir otaq 20 milyon dollara başa gələcək.
"Aerie adlanan yeraltı bunker müştərilərə yerin üstündə fəlakət baş verərsə, sağ qalmaq şansı təqdim edəcək - baxmayaraq ki, onların təhlükəsizliyini təmin etmək üçün hər biri 20 milyon dollar (16 milyon funt sterlinq) xərcləməli olacaqlar",- xəbərdə bildirilir.
Bunkerin tikintisinin dəyəri 300 milyon dollar qiymətləndirilir.
Forbes-in məlumatına görə, Virciniyadakı bunker oxşar obyektlər şəbəkəsində birinci olacaq. Planlaşdırılır ki, ABŞ-ın 50 şəhərində oxşar sığınacaqlar yaradılsın və bütün dünyada daha 1000 oxşar bunker tikilə bilər.
"Aerie zənginlərə istənilən qlobal təlatümdən sağ çıxmağa imkan verəcək", - SAFE şirkəti vəd edir.
Şirkətin rəhbərliyi və konsepsiyanı tərtib edənlər sığınacağın Vaşinqtonda Ağ Evin yaxınlığında yerləşməsinin sadəcə “təsadüf” olduğunu və qlobal gərginliklə və potensial Üçüncü Dünya Müharibəsi qorxusu ilə heç bir əlaqəsi olmadığını bildiriblər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























