ABŞ Kolumbiyaya qarşı rüsum və sanksiya tətbiq etməyi dayandırıb
Razılaşmadan sonra ABŞ Kolumbiyaya qarşı tarifləri və sanksiya planını dayandırıb.Ağ Ev Kolumbiyanın ABŞ tərəfindən deportasiya edilən qeyri-qanuni mühacirləri daşıyan təyyarələrin hava yolu ilə enişini qəbul etdiyini açıqlayıb.
Marja.az xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Leavitt iki ölkə arasında gərginliyə səbəb olan qeyri-qanuni miqrasiya məsələsi ilə bağlı açıqlama verib.
Leavitt bildirib ki, Kolumbiya hökuməti ABŞ prezidenti Donald Trampın ABŞ-a ekstradisiya edilən bütün “qanunsuz əcnəbilər”in məhdudiyyətsiz və gecikmədən ölkəyə qəbulu ilə bağlı bütün şərtlərini qəbul edib.
Sözçüsü Leavitt, Kolumbiyadan gələn bütün mallara 25 faiz gömrük rüsumunu nəzərdə tutan və bu nisbəti bir həftə ərzində 50%-ə qaldıran göstərişin "ehtiyat tədbiri olaraq saxlanılacağını və imzalanmayacağını" söyləyib
NƏ BAŞ VERİB?
Kolumbiya prezidenti Qustavo Petro ABŞ-dan deportasiya edilən kolumbiyalı mühacirləri daşıyan təyyarələrin ölkəyə enməsinə icazə verməyib.
Petro sosial media hesabından verdiyi açıqlamada, "ABŞ kolumbiyalı mühacirlərə cinayətkar kimi baxa bilməz. Kolumbiyalı mühacirləri daşıyan ABŞ təyyarələrinin ərazimizə girməsinə icazə vermirəm. Biz immiqrantları qəbul etməzdən əvvəl, ABŞ onlara ləyaqətlə yanaşmaq üçün protokol yaratmalıdır", - deyib.
ABŞ prezidenti Donald Tramp isə ABŞ-dan olan kolumbiyalı mühacirləri daşıyan təyyarələrin ölkəyə enməsinə icazə vermədiyi üçün Kolumbiyaya tariflər və sanksiyaların tətbiq edilməsi barədə qərar qəbul edib.
Kolumbiyadan ABŞ-a daxil olan bütün mallara dərhal 25 faiz gömrük rüsumunun tətbiq ediləcəyini qeyd edən Tramp, bir həftə ərzində bu nisbətin 50 faizə qaldırılacağını vurğulayıb.
ABŞ Kolumbiya hökumət rəsmiləri və onların yaxın ailə üzvləri üçün vizaların məhdudlaşdırılmasına (sanksiya) qərar verdiyini də açıqlamışdı.
Petro "X", sosial media hesabından verdiyi açıqlamada Trampın gömrük rüsumuna cavab verəcəyini açıqlamışdı.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























