"Azərpoçt"un illik gəliri cüzi artsa da, keçən ili xalis mənfəət ilə bağlayıb
“Azərpoçt” MMC-nin 2024-cü il üzrə illik gəliri 73.5 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 2% çoxdur. Keçən il üzrə xalis mənfəət 4.5 milyon manat, EBİTDA isə 9.9 milyon manat olub. Artıq son 3 ildir ki, cəmiyyət ili xalis mənfəətlə başa vurur və maliyyə dayanıqlılığını təmin edir.“Azərpoçt” MMC 2024-cü ilin yekunlarına dair brifinq keçirib.
Brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2024-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə məlumat verib.
O qeyd edib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən, rəqəmsal həllər sahəsində də inkişaf etməyi hədəfləyən “Azərpoçt” 2024-cü il üzrə 3 əsas layihəsini uğurla sınaqdan keçirərək istifadəyə verib.
Belə ki, qurum 2024-cü ildə fiziki şəxslər üçün “AzPostMobile” tətbiqini, hüquqi şəxslər üçün İnternet bankçılıq xidmətini, kiçik və orta sahibkarlar üçün isə “Mobil POS” xidmətini istifadəyə verib. Sadalanan rəqəmsal həllər öz istifadəçilərinin işini onlayn şəkildə sürətli və rahat icra etməyə imkan yaratmaqla yanaşı, xidmətin keyfiyyətinin də yüksəlməsinə səbəb olur.
Ölkədə poçt işinin təşkilindən danışan İsi Mustafayev qeyd edib ki, 2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mütəmadi olaraq yenidənqurma işləri aparılır. Belə ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətləri təqdim olunub. 2023-cü ildə Xankəndi Poçt Filialının yaradılması, 2024-cü ildə isə tam istifadəyə verilməsi başa çatıb. Bu yaxınlarda isə Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin daxilində AZ5800 indeksli Şuşa Poçt Filialı istifadəyə verilib.
Maliyyə göstəriciləri barədə məlumat verən İ.Mustafayev bildirib ki, qurumun 2024-cü il üzrə illik gəliri 73.5 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 2% çoxdur. Keçən il üzrə xalis mənfəət 4.5 milyon manat, EBİTDA isə 9.9 milyon manat olub. Artıq son 3 ildir ki, cəmiyyət ili xalis mənfəətlə başa vurur və maliyyə dayanıqlılığını təmin edir.
Qurum rəhbəri “Azərpoçt”un 2024-cü ildə beynəlxalq əməkdaşlıqlara da xüsusi önəm verdiyini qeyd edib. Belə ki, “Azərpoçt” təcrübə mübadiləsi və inkişaf etmək məqsədilə bir sıra beynəlxalq və regional müstəvilərdə işgüzar görüş və forumlarda iştirak edib, beynəlxalq filateliya sərgilərində təmsil olunub. Bu yaxınlarda Bakıda Ümumdünya Poçt İttifaqı tərəfindən keçirilən Avropa və MDB regionu ölkələri üçün Nəqliyyat və Qabaqcıl Elektron Məlumatlar üzrə tədbirin təşəbbüskarı kimi çıxış edən “Azərpoçt” may ayında Bakıda keçiriləcək növbəti qlobal miqyaslı poçt sektorunda “Liderlərin görüşü” tədbiri haqqında da anons verib.
Media nümayəndələrinin suallarını cavablandıran qurum rəhbəri “Azərpoçt” tərəfindən son 3 ildə başladılmış yenilənmə proseslərinin, eləcə də yaradılmış yeni xidmətlərin təkmilləşmə işlərinin bundan sonra da davam etdiriləcəyini, eləcə də 2026 – 2030-cu illər üzrə yeni inkişaf strategiyasının hazırlanacağını qeyd edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb



















.jpg)




