Tramp: “Rusiya-Ukrayna müharibəsini bitirmək üçün konkret planım var, Putinlə müzakirə etmişəm”
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək üçün “konkret planı” olduğunu və bu məsələni Rusiya prezidenti Vladimir Putinlə telefonda müzakirə etdiyini bildirib.ABŞ prezidenti Donald Tramp “The New York Post”a açıqlamasında Rusiya-Ukrayna müharibəsinə də toxunub.
Marja xəbər verir ki, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün “konkret planı” olduğunu qeyd edən Tramp, bu mövzuda Putinlə telefonla danışdığını bildirib.
Putinlə bir neçə dəfə telefonla danışdığını, lakin təfərrüatları açıqlaya bilmədiyini vurğulayan Tramp, 2022-ci ildə prezident olsaydı, bu müharibənin başlamayacağı ilə bağlı açıqlamalarını təkrarlayıb.
“Putinlə hər zaman yaxşı münasibətim olub”, - deyən Tramp, ABŞ-ın keçmiş prezidenti Co Baydenin “ölkə üçün utancverici” olduğunu bildirib.
İranla "müqavilə" mesajı
Tramp İran məsələsinə toxunaraq deyib:
"Mən İranla nüvə silahından azad olmaq üçün saziş bağlamaq istərdim. Yeri bombalamaqdansa, bunu etməyi üstün tuturam. Onlar ölmək istəmirlər. Heç kim ölmək istəmir. Razılaşsaq, İsrail onları bombalamazdı".
İranla mümkün danışıqların təfərrüatlarını açıqlamayacağını qeyd edən Tramp, “Onlara nə deyəcəyimi sizə hələlik demək istəmirəm” bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























