Türkiyənin Tofaş şirkəti 2024-cü ilin 4-cü rübü üzrə zərər açıqlayıb
Türkiyənin avtomobil istehsalçısı Tofaş 2024-cü ilin 4-cü rübündə 121 milyon Türkiyə Lirəsi (TL) xalis zərər açıqlayıb. Bazarın proqnozu 561 milyon TL xalis mənfəət elanı idi.
Marja xəbər verir ki, Tofaş-ın 2024-cü il üçün xalis mənfəəti illik müqayisədə 76 faiz azalaraq 5,2 milyon TL olub. Xalis mənfəət marjası 203-cü ildəki 11,8 faizdən 2024-cü ildə 4,3 faizə qədər azalıb.
Xalis mənfəətin azalmasına daxili bazarda rəqabətin artması, istehsal gücündən istifadə səviyyəsinin aşağı olması və inflyasiyanın mənfi təsiri səbəb olmuşdur.
Tofaş-ın satış gəlirləri 2024-cü ilin 4-cü rübündə bazar gözləntilərinə yaxın 27,7 milyard TL olaraq reallaşıb. 2024-cü ildə satış gəlirləri illik 34,7 faiz azalaraq 120,2 milyard TL təşkil edib. Satış gəlirlərinin azalması satışların azalması ilə əlaqədardır. Ümumi mənfəət marjası 2024-cü ildə 11,1 faiz təşkil edib. 2023-cü ildə 18,1 faiz idi.
EBİTDA, 2024-cü ilin 4-cü rübündə 214,8 milyon TL ilə 878 milyon TL olan bazar gözləntisindən aşağı olub. 2024-cü il üçün EBITDA rəqəmi illik müqayisədə 66% azalaraq 9,4 milyard TL olub. EBITDA marjası 2024-cü ildə 7,9%-ə düşüb. 2023-cü ildə 15,4% səviyyəsində idi. EBITDA marjasının azalması dövriyyənin və mənfəət marjasının azalması ilə əlaqədardır.
Şirkətin satış həcmi 2024-cü ilin dördüncü rübündə 44 faiz azalaraq 40 min ədəd, 2024-cü ildə isə 2023-cü illə müqayisədə 33 faiz azalaraq 174 min ədəd olub. Yeni məhsullara keçid və ixracda yaşanan geriləmə azalmada mühüm rol oynayıb.
Şirkətin ixrac həcmi illik müqayisədə 45 faiz azalaraq 2024-cü ildə 33 560 ədədə düşüb. Yeni istehsal modelləri keçid dövründə ixrac tempinə təsir edib.
Şirkətin 2025-ci il üçün proqnozları daxili bazarda azalmaya işarə edir, ixracda isə güclü canlanma baş verə bilər.
Tofaş 2025-ci ildə yerli yüngül avtomobil bazarında azalma gözləyir. 2024-cü ildə Türkiyədə 1,24 milyon ədəd olan ümumi satışların 2025-ci ildə 900 min ilə 1,1 milyon arasında olacağı gözlənilir. İxrac rəqəmlərində artım - qlobal faiz endirimləri nəticəsində iqtisadiyyatların tənəzzüldən uzaqlaşmaları ilə tələbin artacağı ilə bağlıdır.
Tofaş 2024-cü ilə nisbətən daxili bazar satışlarında azalma gözləyir. 2024-cü ildə 143 700 ədəd olan satışın 2025-ci ildə 110 000 ilə 130 .000 ədəd arasında olacağı gözlənilir.
Şirkət ixrac həcmlərinin bərpasını gözləyir. 2024-cü ildə 33 560 ədəd olan ixrac həcminin 2025-ci ildə 70 000 ilə 90 000 ədəd arasında olacağı gözlənilir.
İstehsalın 2024-cü ildəki 140 500 ədəddən 2025-ci ildə 150 000-170 000 ədədə yüksələcəyi gözlənilir. İxrac həcminin artmasının istehsalı dəstəkləyəcəyi gözlənilir.
2024-cü ildə 138 milyon avro olan investisiyaların 2025-ci ildə 150 milyon avroya çatacağı nəzərdə tutulur.
2024-cü ildə 4,1 faiz olan vergidən əvvəlki mənfəət marjasının 2025-ci ildə 5 faizdən yuxarı qalxacağı gözlənilir.
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
-
6 saat əvvəl
ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
-
6 saat əvvəl
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
-
7 saat əvvəl
Tramp: “Rusiya ilə iş görən hər bir ölkəyə çox ağır sanksiyalar gəlir”
-
7 saat əvvəl
Bakı Fond Birjası Tabadul Hub-a qoşulmaq üçün Abu-Dabi Fond Birjası ilə anlaşıb
-
7 saat əvvəl
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
-
7 saat əvvəl
"Qazaxıstan "LUKOİL"ın aktivlərinin alınması ilə bağlı danışıqlar aparmır"
-
7 saat əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlanıb
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
İlham Əliyev “SİMA” imzadan danışdı
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək






















.jpg)


.jpg)

