Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasına start verilib
(®) Ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələrini bir araya gətirən 21-ci Azərbaycan Biznes Keys Yarışmasına (ABCC) start verilib.
Birbank-ın da sponsor olduğu layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə keçirilir.
Layihənin əsas məqsədi gənclərin maliyyə, marketinq, hesabat, texnologiya və idarəetmə sahələrində praktiki bacarıqlarını inkişaf etdirməkdir.
Yarışma iştirakçıları həmçinin mütəxəssislərlə tanış olmaq və karyera imkanlarını genişləndirmək fürsəti də qazanırlar. Belə ki, iştirakçılar real biznes problemləri üzərində işləyərək analitik və strateji düşünmə bacarıqlarını inkişaf etdirirlər. Sonda komandalar problemlərin həlli üçün strategiyalar hazırlayaraq, təkliflərini mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim edirlər. Sessiyalarına fevral ayından etibarən başlanan layihə aprel ayında qaliblərin elan edilməsi ilə başa çatacaq.
2002-ci ildən etibarən ənənəvi olaraq keçirilən layihədə bu vaxta qədər 2000-dən çox tələbə iştirak edib. Yarışmada istifadə olunan biznes problemləri Harvard Biznes Məktəbindən rəsmi olaraq təmin edilir.
Yarışma çərçivəsində 20 iştirakçı Birbank-ın ofisində keçirilən xüsusi sessiyada iştirak edib. Burada bankın peşəkar mütəxəssisləri tərəfindən tələbələrə bank sektorunda innovativ həllər, biznes strategiyaları və maliyyə idarəçiliyi mövzusunda biliklər təqdim olunub.
Qeyd edək ki, Birbank təkcə maliyyə xidmətləri sahəsində deyil, həm də gənclərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş layihələrə dəstək olmaqla cəmiyyətə töhfə verməyə çalışır. Bank peşəkar inkişaf imkanları yaratmaqla gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına kömək edir. Azərbaycan Biznes Keys Yarışması da bu missiyanın bir hissəsi kimi, gənclərə biznes dünyasında rəqabətqabiliyyətli olmaq üçün real təcrübə qazanmaq imkanı yaradır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
20 d. əvvəl
Asiya İnkişaf Bankı, Unicapital və ABB Invest beynəlxalq forumda iştirak ediblər
-
22 d. əvvəl
“Biz hədəfləmişik ki 2029-cu ilin sonunda 1 milyard manatlıq bank olaq”
-
1 saat əvvəl
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
-
1 saat əvvəl
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
Banklarda Agile niyə işləmir?
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
"Bank Avrasiya"nın adı Şikayət indeksində 1-ci yerdədir
Rəsmi məzənnələr açıqlandı
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
Kənar terminal və vebsaytlar ilə "Yelo Bank" kartı hesablarına mədaxil əməliyyatlarına 1% komissiya tətbiq olunacaq
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
“Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparırıq"
























