“Baku Flames 2025” üçün iştirak və müraciət qeydiyyatı başladı! - FOTO
2-3 may tarixlərində baş tutacaq “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” sənayenin aparıcı mütəxəssislərini, yaradıcı gəncləri və yenilikçi şəxsləri bir yerə toplayacaq. Təcrübəli peşəkar və ya gənc istedad olmasından asılı olmayaraq festival öz səhnəsində hər kəsə yer verməyi hədəfləyir.
Artıq festivalın veb-saytı (www.bakuflames.az) fəaliyyətə başlayıb və buradan festival haqqında ətraflı məlumat əldə etmək, beynəlxalq spiker və jüri heyəti ilə tanış olmaq, ən əsası isə festivala bilet almaq və layihə ilə müraciət etmək mümkündür. “Baku Flames”də iştirak etmək istəyənlər aşağıdakı bilet növlərindən birini əldə edərək tədbirdə iştirak haqqı qazanacaqlar:
- Klassik: Festival boyunca bütün tədbirlərə, təqdimatlara və partiyə giriş imkanı;
- Tələbə: Təhsil alan gənclər üçün yuxarıdakı imkanlarla sərfəli seçim (100 ədəd məhdud sayda);
- VIP: Təqdimatlar və digər tədbirlər zamanı xüsusi ayrılmış zonalar, eləcə də netvörkinq imkanları;
- Young Lions: 30 yaşdan aşağı yaradıcı gənclər üçün Kannda yarışma fürsəti.
Biletlərlə yanaşı, “Baku Flames” ölkədən, eləcə də dünyanın bir çox ölkələrindən layihə müraciətlərini qəbul etməyə başlayıb. Bununla festival öz yaradıcılığı ilə mükafat qazanmaq və regionda tanınmaq istəyən markalar, eləcə də agentliklər üçün xüsusi şans yaradıb. İşlərin qəbulu üçün 4 istiqamət və bunların daxilində 14 kateqoriya, həmçinin yüzlərlə subkateqoriya nəzərdə tutulub. Layihələri isə yerli və qlobal şirkətlərin rəhbərlərindən ibarət jüri heyəti dəyərləndirəcək. Müraciətlər üçün son tarixlər aşağıdakı kimi təyin olunub:
-İlk dedlayn: 7 mart 2025
-Əsas dedlayn: 21 mart 2025
-Son dedlayn: 4 aprel 2025
-Münsif heyətinin dəyərləndirməsi: 7-18 aprel 2025
-Şortlist elanı: 29 aprel 2025
-Mükafatların elanı: 2-3 may 2025
Qeyd edək ki, “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” bu yaxınlarda Özbəkistanın Marketinq Assosiasiyası tərəfindən reytinq siyahısına daxil edilib. Başqa sözlə desək, festivalda qalib olan işlər nəinki ölkədə, həmçinin regionda da tanınacaq.
Festival haqqında ətraflı məlumat, eləcə də iştirak haqqı qazanmaq, müraciət etmək və əməkdaşlıq təklifləri üçün “www.bakuflames.az” ünvanına və aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
www.bakuflames.az/contact
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 18 saat sonra
-
- 13 saat sonra
-
3 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
4 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
4 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb












.jpg)








.jpg)



