Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” təsdiq etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” təsdiq etdi

Mərkəzi Bankın “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026”nın əsas sütunlarından biri dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılmasıdır. Bu istiqamətdə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” təsdiq edilib.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Qeyd edilib ki, təlimatın əsas məqsədi yaşıl və dayanıqlılıqla əlaqəli kreditləşmənin formalaşdırılmasını və təşviqini təmin etməkdir. Təlimat beynəlxalq maliyyə bazarlarında geniş istifadə olunan “Green Loan Principles“ və “Sustainability-Linked Loan Principles” nəzərə alınmaqla hazırlanıb. Sənəd yaşıl və dayanıqlılıqla əlaqəli kreditlərin verilməsi üzrə kredit təşkilatları üçün tövsiyələri müəyyən edir.

Təlimat kredit təşkilatlarının yaşıl və dayanıqlılıqla əlaqəli kredit portfelinin idarə edilməsi ilə bağlı daxili siyasət və qaydalarının hazırlanması və bütövlükdə idarəetmə çərçivəsinin müəyyənləşdirilməsi üzrə tövsiyələri əhatə edir.

“Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” sənədini aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:

https://uploads.cbar.az/assets/bac813a8cef6b067a93593180.pdf

19.02.2025 12:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18