“Grand-Mart” ən çox vergi ödəyən 100 şirkət siyahısında yer tutub
Şirkət ötən il dövlət büdcəsinə 13,6 milyon manat vergi ödəyib.“Grand-Mart” MMC-yə “Megastore”, “Bolmart”, “Grandmart” və “Baqqal” mağazalar şəbəkəsi daxildir.
2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən şirkətlər arasında Azərbaycan pərakəndə bazarının aparıcı şirkətlərindən biri olan “Grand-Mart” MMC də yer alıb.
Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan “Grand-Mart” MMC ötən il dövlət büdcəsinə 13,6 milyon manat vergi ödəyib.
Ölkə iqtisadiyyatına mühüm töhfələr verən marketlər şəbəkəsi eyni zamanda sabit iş yerləri yaratmaqla öz dayanıqlığını qoruyur. “Grand-Mart” MMC-də hazırda 6000-ə yaxın əməkdaş çalışır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Bu siyahının ictimaiyyətə təqdim edilməsi şəffaflığın artırılması baxımından təqdirəlayiq və müsbət hal kimi qiymətləndirilib.
Xatırladaq ki, Azərbaycan pərakəndə bazarında 20 ilə yaxındır fəaliyyət göstərən “Grand-Mart” MMC bu illər ərzində müştərilərinin etibarını qazanaraq ölkənin ən geniş yayılmış ticarət şəbəkələrindən birinə çevrilib. Hazırda 100-dən çox filialı ilə xidmət göstərən “Grand-Mart” müştərilərinə 40 mindən çox məhsul çeşidi, geniş seçim imkanı və keyfiyyətli xidmət təqdim edir.
Şirkət yalnız Bakı ilə məhdudlaşmır, ölkənin müxtəlif regionlarında da filiallar açaraq daha çox insana rahat və əlçatan alış-veriş imkanı yaradır. İllərdir formalaşan güclü infrastruktur və müştəri məmnuniyyətinə əsaslanan strategiya “Grand-Mart”ı bazar liderindən biri edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)

