Coca-Cola-dan əyləncəli hədiyyə kampaniyası
(®) Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd etməyə hazırlaşır.
Şirkət bu il də istehlakçılarını sevindirmək və onlara xoş sürprizlər bəxş etmək məqsədilə başladığı “Novruz 2025” əyləncəli kampaniyasını uğurla davam etdirir.
Fevralın 10-dan etibarən 8 həftə ərzində davam edəcək bu kampaniya çərçivəsində iştirakçılar xüsusi dizaynlı “Buta Çərəz Qabı” hədiyyələrini qazanmaq imkanı əldə edirlər.
Hədiyyəli kampaniyada iştirak etmək üçün 2.5 L həcmində olan “Coca-Cola Classic”, “Coca-Cola Sıfır Şəkər”, “Fanta Portağal” və “Sprite” məhsullarından 3 qızılı qapaq əldə etmək kifayətdir. İştirakçılar toplanan qızılı qapaqları təqdim etməklə “Buta Çərəz Qabı” hədiyyəsini qazana bilərlər.
Toplanan qızılı qapaqları aşağıdakı məntəqələrdə dəyişmək olar:
-“Araz”, “Neptun”, “Grandmart”, “Bazarstore”, “Rahat” və “Tamstore” şəbəkələrindəki 800 nöqtə;
-Qapaq dəyişmə üçün xüsusi qeyd edilmiş ərzaq mağazaları;
-Və Gənclik Mall 1-ci mərtəbəsində təşkil edilən xüsusi qapaq dəyişmə məntəqəsi.
Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, şirkət əyləncəli kampaniyaları ilə bayrama əsl möcüzə qatmağa davam edir:
“Coca-Cola şirkəti olaraq əsas prioritetlərimizdən biri də istehlakçı məmnuniyyətidir. Buna görə də, kampaniyanın hər mərhələsi bu yanaşmanı əks etdirir. 8 həftə davam edəcək kampaniyada minlərlə insan 500 min hədiyyə şansını qazanacaq. Fürsətdən istifadə edərək mən də həm öz, həm də şirkətimiz adından Azərbaycan xalqını qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edirəm. Onlara ruzi-bərəkət, xoşbəxt həyat arzulayıram”.
Xatırladaq ki, bundan əvvəl də Coca-Cola Azərbaycan “Novruz 2024” kampaniyasını həyata keçirib.
Qeyd edək ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub. Şirkətin inkişaf planı çərçivəsində 2025-ci ildə Coca-Cola-nın İsmayıllı rayonunda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.
Coca-Cola Azərbaycanın kampaniyaları barədə daha ətraflı məlumat üçün coca-cola.az saytına keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 35 d. əvvəl
- 37 d. əvvəl
-
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
17 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ən çox oxunanlar
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)





.jpg)





