Li Auto 2025-ci ildə Azərbaycanda rəsmi diler təyin etməyi planlaşdırmır ®
"Li Auto" şirkəti Azərbaycandakı fəaliyyəti ilə bağlı rəsmi açıqlama verərək bildirib ki, hazırda heç bir rəsmi müqavilə imzalanmayıb və bu məsələnin yalnız 2026-cı ildə nəzərdən keçiriləcəyi planlaşdırılır.
Bu barədə Marja.az-a "NEO Motors" şirkətindən bildirilib.
Qeyd edilib ki, "Li Auto" bir neçə yerli şirkətlə əməkdaşlıq imkanlarını dəyərləndirir, bunlar arasında "NEO Motors" aparıcı mövqedədir və eyni zamanda iki-üç potensial tərəfdaşla əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.
Rəsmi diler statusunun olmamasına baxmayaraq, "Li Auto" bazarı öyrənməyə davam edir və fevral ayının sonunda şirkət nümayəndələrinin "NEO Motors" ofisinə səfəri planlaşdırılır. Görüşlərin gedişatı və prosesin inkişafı ilə bağlı şirkət KİV-i operativ şəkildə məlumatlandıracaq.
Son bir il ərzində "NEO Motors" öz mövqeyini möhkəmləndirərək Azərbaycanda "Li Auto" avtomobillərinin satışında 20%-lik bazar payına sahib olub. Şirkət bu müddət ərzində "Li Auto" avtomobillərinin satışı və servisi sahəsində geniş təcrübə toplayaraq müştərilərə keyfiyyətli xidmət və zəmanət dəstəyi təqdim edir.
Bu məlumat "NEO Motors" və "Li Auto" nümayəndələri arasında baş tutan rəsmi telefon danışığı əsasında təqdim olunur.
Qeyd edək ki, 19 fevral 2025-ci il tarixində böyük avtomobil idxalçılarından biri “Li Auto” brendinin Azərbaycanda rəsmi nümayəndəsi olduğu barədə məlumat yayıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















