“Bakcell” qadın jurnalistləri 8 Mart münasibətilə təbrik edib
(®) İnnovasiya və sürət lideri “Bakcell” jurnalist xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib.
Görüşdə “Bakcell”in Korporativ Kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova media sahəsində peşəkarlığı, obyektivliyi və şəffaf informasiyanın yayılmasını təşviq edən bütün xanımları təbrik edərək bildirib:
"Qadınların cəmiyyətdəki rolu və uğurları bizi ilhamlandırır. “Bakcell” olaraq biz qadınların peşəkar və şəxsi inkişafına dəstək verməyi prioritet hesab edirik. Onların potensialını reallaşdırması, yeni imkanlar qazanması və öz bacarıqlarını daha da inkişaf etdirməsi üçün daim yanlarında olmağa hazırıq".
Həmçinin, tədbirdə xanımlar üçün floristika üzrə master klass keçirilib. Onlar güllərlə kompozisiya qurmağın incəliklərini öyrənib, öz unikal buketlərini hazırlayaraq kreativ yanaşmalarını nümayiş etdiriblər.
Qeyd edək ki, “Bakcell” yarandığı gündən media nümayəndələri ilə sıx əməkdaşlıq edərək, onların fəaliyyətini dəstəkləməyə və jurnalistlərin peşəkar inkişafına töhfə verməyə davam edir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)
