Tramp Dünyaya vergi tətbiq etdi
ABŞ prezidenti Donald Tramp Azərbaycan da daxil olmaqla Dünya ölkələrinə yeni tariflər tətbiq etdiyini açıqlayıb. Tramp ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və minimum tarif dərəcəsinin 10% olacağını açıqlayıb. Çin və Avropa Birliyinə də gömrük vergisi tətbiq edilir. Tramp: "Çin ABŞ-a 67 faiz vergi tətbiq edir. Biz Çinə 34 faiz vergi tətbiq edəcəyik. Avropa Birliyi sərt rəqibdir. Bizi soyublar. Avropa Birliyinə 20 faiz tarif tətbiq edirik", - deyib.ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən toplantıda Dünya ölkələri üçün yeni vergi tariflərini (gömrük vergilərini və ya rüsumlarını) açıqlayıb.
Marja.az xəbər verir ki, ölkəsinə zərər verən ticarət divarlarını yıxacaqlarını bildirən Tramp, "ABŞ-ın qızıl dövrü geri qayıdır. Bu gün iqtisadi müstəqilliyimizi elan edəcəyik" deyib.
Tramp ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və minimum tarif dərəcəsinin 10% olacağını açıqlayıb. Bildirilib ki, yeni tariflər aprelin 5-dən qüvvəyə minəcək.
Tramp: "Çin ABŞ-a 67 faiz rüsum tətbiq edir. Biz Çinə 34 faiz tarif tətbiq edəcəyik. Avropa Birliyi sərt rəqibdir. Bizi soyublar. Avropa Birliyinə 20 faiz tarif tətbiq edirik",- deyib.
Tramp Vyetnama 46 faiz, Yaponiyaya 24 faiz, Böyük Britaniyaya 10 faiz, Cənubi Koreyaya 25 faiz, Taylanda 36 faiz, İsveçrəyə 31 faiz, Tayvana 32 faiz, Hindistana 26 faiz, Malayziyaya isə 24 faiz tarif elan edib.
Dərc edilən siyahıya görə ən yüksək tarif Lesotoya (50%), Kambocaya (49%), Laosa (48%), Madaqasqara (48%), Vyetnama (46%), Şri-Lankaya (44%) və Myanmara (44%) tətbiq edilir.
Azərbaycan və Türkiyəyə 10 faiz gömrük rüsumu tətbiq edilir.
Meksika və Kanada Ağ Evin açıqladığı uzun tariflər siyahısından kənarda qalıb.
ABŞ prezidenti Tailand, Hindistan, Vyetnam və digər ölkələri ABŞ məhsullarına qarşı ədalətsiz tarif siyasətləri və vergi rejimlərinə görə tənqid edib.
Tramp deyib ki, qarşılıqlı tariflər "ABŞ-da daha güclü rəqabət və istehlakçılar üçün aşağı qiymətlər” yaradacaq.
Tramp çıxışında xaricdən gətirilən avtomobillərə 25 faiz gömrük rüsumu tətbiq edəcəklərini xatırladıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























