Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini dörd ayın ən aşağı səviyyəsinə endirib
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı, OPEC+ qrupunun keçən həftə hasilatı artıracaqlarını açıqladıqdan sonra may ayında Asiyaya satılacaq xam neftin qiymətlərini dörd ayın ən aşağı səviyyəsinə endirib.
Marja xəbər verir ki, dövlət neft şirkəti Saudi Aramco may ayı üçün neftin rəsmi satış qiymətini Oman və Dubay qiymətlərindən 1,20 dollar yuxarı səviyyədə müəyyən edib. Bu, aprel ayı ilə müqayisədə barel üçün 2,30 dollar azalma deməkdir.
Şirkət həmçinin Asiyaya satdığı digər xam neftin qiymətlərini 2,30 dollar azaldıb.
Bu, Aramco-nun qiymətləri aşağı saldığı ikinci aydır. OPEC+ qrupuna daxil olan səkkiz ölkə ötən cümə axşamı təəccüblü şəkildə may ayında gündəlik hasilatı 411 000 barel artıraraq hasilatın azaldılması planlının mərhələli olaraq ləğv etmək qərarına gəlib. Bu hadisə neftin qiymətinin kəskin ucuzlaşmasının dərinləşməsinə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)






