Qlobal bazarlarda son vəziyyət
ABŞ-ın idxala tətbiq etdiyi rüsumların mümkün nəticələri ilə bağlı investorların narahatlığının davam etməsi fonunda dollar major valyutalar qarşısında təzyiq altında qalmaqda davam edir.
Ötən gün Amerikanın ticarət tərəfdaşları ilə danışıqlara başlaya biləcəyi və bu danışıqlar nəticəsində rüsumların azaldılacağına dair ümidlərin olması xəbərləri dolların bir qədər bahalaşması ilə nəticələndi. ABŞ maliyyə naziri Skot Besent bildirib ki, təxminən 70 ölkə Ağ Evə danışıqlar aparmaqla bağlı müraciət edib.
Lakin, bu artım uzun sürməyib – dollaq eniş tendensiyasını davam etdirib. Buna səbəb Ağ Evin prezident Donald Trampın Çin üçün əlavə 50%-lik rüsumlar tətbiq etmək qərarında olmasını qeyd etmək olar. Bu artımla birlikdə Çin mallarına tətbiq olunan rüsumların ümumi səviyyəsi 104%-ə çatacaq.
EUR/USD valyuta cütlüyü ötən gün 1.08880 səviyyəsindən bahalaşmağa başlayıb və bugün səhər artıq 1.10680 səviyyəsinə qədər yüksəlib. GBP/USD cütlüyü eyni dövr ərzində 1.27230 həddindən 1.28560 həddinə qədər bahalaşıb. USD/JPY cütlüyü isə bugün 144.580 səviyyəsini aşağıya doğru test edib.
İlin əvvəlindən neftin qiymətləri təxminən 20% ucuzlaşıb. ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumları, eləcə də, “OPEC+” ölkələrinin əvvəlki gözləntilərlə müqayisədə daha sürətli hasilatı bərpa etməyə hazırlaşması amillərin neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub. “Brent” markalı neftin bir bareli bugün 60.00$ səviyyəsinin altına düşüb. Bu son 4 ilin minimum göstəricisidir.
Amerika Neft İnstitutu (API) əvvəlki gün verdiyi məlumata əsasən, ötən həftə ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 1.06 milyon barel azalıb. Yeni Zelandiya Ehtiyat Bankı isə, proqnoz olunduğu kimi, uçot faiz dərəcəsini 3.75% səviyyəsindən 3.50% səviyyəsinə qədər endirdi. Bugün isə investorların diqqət mərkəzində Bakı vaxtı ilə saat 22:00-da FOMC-ın dərc olunacaq toplantı protokolları olacaq.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti















.jpg)





