İtaliyanın moda nəhəngi "Prada", rəqibi "Versace"ni satın alır - QİYMƏT
"Prada" İtaliyanın başqa bir simvolu olan "Versace"ni 1 milyard 375 milyon dollara satın alır.İtaliyanın moda brendi "Prada", ölkənin daha bir simvolu olan "Versace"ni almaq üçün çoxdan gözlənilən addımı atıb.
Marja xəbər verir ki, "Capri Holdings" tərəfindən uzun müddətdir satılacağı ilə bağlı xəbərlər yayılan "Versace" 1 milyard 375 milyon dollara "Prada"ya satılır.
Bu addım ilə İtaliyanın 2 ən böyük moda şirkəti birləşəcək.
"Prada"nın direktoru Patrizio Bertelli deyib: ""Versace"nin mirasını, cəsarətini və zamansız estetikasını mənimsəyərək və yenidləyərək davam etdirməyi hədəfləyirik."
"Prada"nın "Versace" üçün təklif etdiyi alış qiyməti, 2018-ci ildə "Versace"ni əldə etmək üçün "Capri Holdings" tərəfindən ödənilən təxminən 2,15 milyard dollarlıq (borc daxil olmaqla) ümumi ödənişlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. O zaman "Capri Holdings" (əvvəlki adı "Michael Kors") "Versace"ni brendin təsisçi ailəsindən və özəl özəl investisiya şirkəti "Blackstone"dan almışdı.
"Prada SpA" şirkəti, "Versace"ni İtaliyanın ən böyük moda qrupu kimi mövqeyini gücləndirmək məqsədi ilə 1,38 milyard dollar nağd pula satın alır.
İki şirkətin yaydığı açıqlamaya görə, milyarder dizayner Miuccia Prada və Patrizio Bertellinin nəzarətində olan "Prada SpA" şirkətinin "Versace"ni satın alınmasının bu ilin ikinci yarısında tamamlanması gözlənilir.
"Prada"nın 112 illik tarixində ən böyük alış olacaq bu razılaşma, "Versace"nin italyan sahibliyini yenidən qaytaracaq.
"Prada", 1970-ci illərdə Gianni Versace tərəfindən yaradılan və hazır geyim dizaynları ilə tanınan"Versace"ni almaq üçün uzun müddətdir danışıqlar aparırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
14 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 17 d. əvvəl
- 22 d. əvvəl
- 27 d. əvvəl
- 35 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib





.jpg)








.jpg)






