“Azərsun Holdinq”in baş sponsorluğu ilə “Nine Senses Fest 2025” keçiriləcək
(®) “Azərsun Holdinq”in baş sponsorluğu ilə Bakıda, 2-4 May tarixlərində Nine Senses Fest 2025 – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalı təşkil olunacaq.
Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, Nine Senses Art Center-in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə baş tutacaq. Bu ilki festival "Ənənədən Gerçəyə" şüarı ilə fərqli mədəniyyətləri və praktikaları bir araya gətirir.
Üç gün ərzində iştirakçılar yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, ekstatik rəqs, neyroqrafika, qadın balans təcrübələri və digər praktik sessiyalarla tanış ola biləcəklər.
Festivalın missiyası - İnsanın ruhani və fiziki potensialının harmonik inkişafını təşviq etmək, qədim və müasir biliklər arasında körpü yaratmaq. Festivalın əsas məqsədi isə fərqli mədəni bilikləri yerli ənənələrlə birləşdirərək müəllimlər arasında təcrübə mübadiləsinə şərait yaratmaqdır. Eyni zamanda festival çərçivəsində, “Made in Azerbaijan” adı altında məhsulların təqdim olunacağı yarmarka təşkil olunacaq. Festivalda iştirak üçün biletlər artıq satışdadır.
Biletləri əldə etmək və festivalla bağlı geniş məlumat almaq üçün bu keçiddən istifadə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
10 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















