“FarmHER” layihəsi uğurla başa çatdı
Azercell-in sosial layihə müsabiqəsinin qalibləri qadınların inkişafına töhfə verməyə davam edir
(®) Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılmasına yönəlmiş “FarmHER” layihəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi bu qadınlarının aqrobiznes sahəsində biliklərini artırmaq, onların gəlirlərini və rifahını gücləndirmək olub.
Kənd təsərrüfatı və aqromaliyyələşdirmə üzrə geniş beynəlxalq təcrübəyə malik mütəxəssis Ağaməhəmməd Alosmanov tərəfindən keçirilən təlimlərdə qadın iştirakçılara aqrobiznesin əsasları, maliyyə savadlılığı, bazar araşdırmaları və innovativ texnologiyalar üzrə nəzəri və praktiki biliklər aşılanıb. Proqram çərçivəsində iştirakçılar tanınmış sahibkarlarla görüşərək real biznes təcrübələrindən də faydalanmaq imkanı əldə ediblər.
Layihə iştirakçıları əldə etdikləri bilikləri artıq gündəlik fəaliyyətlərində tətbiq etməyə başlayıblar. Təşəbbüsün onların həyatına qatdığı real dəyərlə və iştirakçıların təəssüratları ilə tanış olmaq üçün videomuzu izləyə bilərsiniz: https://bit.ly/3RRVunq
“FarmHER” layihəsi Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı” çərçivəsində “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunub. Proqramın məqsədi qadınların cəmiyyətə fəal inteqrasiyasını dəstəkləmək və onların sosial-iqtisadi rifahının artırılmasına töhfə verməkdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Azercell “CyberCell Hackathon”a start verir

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb
Ən çox oxunanlar

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb
