"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub

"AFB Bank" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 2 milyon 322 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 458 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2024-cü ilin ilk rübündə 8 milyon 90 min manat ikən, 2025-ci ilin ilk rübündə 7 milyon 835 min manat təşkil edib (255 min manat və ya 3,2% azalıb).
"AFB Bank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2024-cü ilin ilk rübündə 5 milyon 668 min manat ikən, 2025-ci ilin ilk rübündə 6 milyon 747 min manat təşkil edib (1 milyon 79 min manat və ya 19% artıb).
Göründüyü kimi, 2025-ci ilin ilk rübündə "AFB Bank"ın əməliyyat gəlirlərinin 255 min manat azalmasına qarşılıq, əməliyyat xərcləri 1 milyon 79 min manat artıb.
2025-ci ilin 1-ci rübündə 1 milyon 88 min manat əməliyyat mənfəətindən əlavə, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 1 milyon 234 min manatı mənfəətə əlavə edilib və "AFB Bank" ilk rübü 2 milyon 322 min manat xalis mənfəət ilə bağlayıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan vəsaitin qayıtması Bankın gözlədiyi zərərin azaldığına işarədir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk rübündə "AFB Bank" 2 milyon 422 min manat əməliyyat mənfəəti əldə etməsinə baxmayaraq, 2 milyon 879 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığı üçün həmin dövürü 458 min manat zərər ilə bağlamışdı.
BANK BÖYÜYÜB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə "AFB Bank"ın cəmi aktivləri 4 milyon 417 min manat artaraq 31 mart 2025-ci il tarixində 299 milyon 585 min manata çatıb. O cümlədən Bankın kredit portfeli 3 milyon 749,6 min manat artaraq 186 milyon 841 min manata yükəlib.
2024-cü ilin sonu ilə müqayisədə "AFB Bank"ın istehlak kreditləri portfeli 1 milyon 250 min manat artaraq 23 milyon 13 min manata, biznes kreditləri portfeli 3 milyon 876 min manat artaraq 93 milyon 932 min manata qalxıb, ipoteka kreditləri portfeli isə 1 milyon 377 min manat azalaraq 69 milyon 896 min manata düşüb.
İlk rübdə "AFB Bank"da hüquqi şəxslərin (şirkətlərin) depozitləri 8 milyon 712 min manat artaraq 31 mart 2025-ci il tarixində 81 milyon 587 min manat təşkil edib.
31 mart 2025-ci il tarixində "AFB Bank" 77 milyon 409 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
- 2 gün sonra
-
9 d. əvvəl
Cəmi 240 manat ödəməklə "Peşəkar Mühasib Sertifikatı"na sahib olmaq indi daha asan!
-
11 d. əvvəl
"Aparılan yoxlamalarla bağlı mediada əsassız məlumatların dərc edilməsi müşahidə olunur"
-
28 d. əvvəl
Azərbayca şirkəti ilk 6 ayı 10 milyon manata yaxın xalis mənfəət ilə başa vurub
-
59 d. əvvəl
Neft qiymətləri tələbın azalacağı və artan təklif narahatlığı ilə düşür
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"ING Group": Azərbaycan və Ermənistan azalmış xarici siyasət risklərindən faydalanır
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycan neftinin son qiyməti

"ING Group": Azərbaycan və Ermənistan azalmış xarici siyasət risklərindən faydalanır
Ən çox oxunanlar

ABŞ, G7-ni Çin və Hindistana tarifələr tətbiq etməyə çağırır

ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb

ABŞ-da inflyasiya iqtisadçıları təəccübləndirdi

OPEC-in xam neft istehsalında artım

"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
