Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atıldı
Pepsi, Natura, Jalə, Zolotoy sad, I'm tea, Mia, Chipsim kimi qida məhsullarının istehsal edildiyi Qəbələ Qida Şəhərciyində təbiətin qorunması istiqamətində önəmli addım atılıb.(®) Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atılıb. İlk dəfə olaraq, Qəbələ Qida Şəhərciyinin ərazisində yerləşən Qəbələ Konserv Zavodu tullantı sularının təmizləmə qurğusunun modernizasiyası zamanı Hərəkətli Yataq Bio-Reaktor (MBBR) Texnologiyasını uğurla tətbiq edib. Bu innovativ həll mövcud təmizləmə sistemlərinin gücünü artıraraq daha səmərəli, ekoloji təmiz və aşağı istismar xərcləri ilə çalışan, az enerji sərf edən, şirkətin dayanıqlılıq hədəflərinə uyğun bir sistem qurmağa imkan yaradır.
Qəbələ Konserv Zavodunun tullantı sularının təmizlənməsi prosesinin modernizasiyası nəticəsində zavodun mövcud su təmizləmə gücü günlük 600 m³-dən 2400 m³-ə yüksəldilmişdir. Bununla da Pepsi, Natura, Jalə, Zolotoy sad, I'm tea, Mia, Chipsim kimi markalar altında müxtəlif sevilən qida məhsullarının istehsal edildiyi Qəbələ Qida Şəhərciyində həm istehsalın dayanıqlılığı, həm də təbiətin qorunması istiqamətində önəmli addım atılmışdır.
Ərazidə tətbiq edilən MBBR texnologiyası yalnız texnoloji irəliləyiş deyil, eyni zamanda ekoloji dayanıqlıq və davamlı inkişaf baxımından əhəmiyyətli bir addımdır. Sistemin yüksək təmizləmə qabiliyyəti su ehtiyatlarının qorunmasına, təkrar istifadəyə və çaylara axıdılan çirkləndirici maddələrin azalmasını təmin edir. Bu isə ətraf mühitin mühafizəsi və sağlam ekosistemlərin qorunması baxımından mühüm rol oynayır. Eyni zamanda, təmiz su və sağlam ekosistemlər bölgədə yaşayan yerli əhali üçün daha sağlam həyat şəraiti yaradır, su ilə bağlı xəstəliklərin və ətraf mühitə bağlı risklərin azalmasına səbəb olur.
Ekoloji baxımdan təmiz və davamlı fəaliyyət, həmçinin bölgədə kənd təsərrüfatının və turizmin inkişafı üçün də əlverişli zəmin formalaşdırır. Azərbaycanda tullantı sularının daha səmərəli idarə olunması və ekoloji dayanıqlığın artırılması istiqamətində atılan bu addım, ölkənin sənaye və ekoloji siyasəti ilə yanaşı yerli əhalinin rifahı üçün də böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, MBBR texnologiyasının uğurlu tətbiqlərinə dünya üzrə Böyük Britaniya, Almaniya, İsveçrə daxil olmaqla bir çox iri müəssisə və şəhər su təmizləmə qurğularında rast gəlinir.
Novex Group MMC-nin tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodu müasir texnologiyalara əsaslanan istehsal prosesi və yüksək keyfiyyətli məhsulları ilə seçilir. Zavodda istehsal olunan meyvə şirələri, nektarlar, meyvə konsentratları, qazlı və qazsız sərinləşdirici içkilər həm yerli, həm də beynəlxalq bazarlarda geniş tələbat qazanaraq, Azərbaycan qida sənayesində mühüm yer tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
7 saat əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
1 gün əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
Ən çox oxunanlar
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA
Rusiya Mərkəzi Bankı inflyasiya proqnozu pisləşdirib









.jpg)


.jpg)






.jpg)



